Icma.az
close
up
RU
Saxta Azərbaycan səhifələri ndə İran izi: Belə zərərsizləşdirildi

Saxta Azərbaycan səhifələri ndə İran izi: Belə zərərsizləşdirildi

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ötən həftə,META (“Facebook”, “Instagram”) şirkəti 2025-ci ilin ilk rübünə dair "Adversial Threat" hesabatını dərc edib. 

Hesabatda qeyd olunur ki, İranda yaradılan və koordinasiyalı idarə edilən profil və səhifələr müəyyən edilib və onlar şirkət tərəfindən silinib. Onlardan 17-si “Facebook” hesab-profili, 22-si “Facebook” səhifəsi və 21-i isə “Instagram” hesab-profilidir (cəmi 60).

Hesabatda qeyd olunur ki, həmin səhifələr Azərbaycan dilində fəaliyyət göstərib, hədəf kütləsi Azərbaycan və Türkiyə auditoriyası olub. META onları silmək üçün digər sosial medialardakı fəaliyyətlərini də araşdırıb. 

Məlum olub ki, həmin səhifələr öz fəaliyyətlərini gücləndirmək, populyar görünmək məqsədilə saxta izləyici sayından istifadə edib və paylaşımları aktiv göstərmək üçün çoxsaylı rəylər yazıblar.

Həmçinin, İran Prezidentinin Azərbaycana səfəri zamanı xüsusi fəallıq göstərən və rəyləri bir-birinə oxşayan 20-dən çox profil də müəyyən edilib ki, onlarla bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vasitəsilə META-ya şikayət göndərilmişdi.

Sənəddə silinən hesabların adları çəkilməsə də, onların məhz ETX-nin şikayəti əsasında bağlandığı aşkarlanıb.Qeyd olunan fəaliyyətlərlə bağlı mütəmadi əsasda aidiyyəti üzrə monitorinqlər aparılır və son 1 ay ərzində İranla yanaşı, Rusiyadan da idarə edilən və Azərbaycanı hədəfə alan 4 böyük xəbər səhifənin silinməsinə nail olunub.

META-nın “Adversarial Threat” hesabatlarında adətən ölkələrin şikayətlərinə nə dərəcədə önəm verilir?  Həmin, 60 səhifənin silinməsi birbaşa Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müraciəti nəticəsində baş verib, yoxsa META bu cür fəaliyyətlərə qarşı ciddi mövqe sərgiləyir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, “Meta”-nın sözügedən hesabatları əsasən koordinasiya olunmuş saxtakarlıq fəaliyyətlərini müəyyənləşdirərək onların platformadan silinməsini əhatə edir.

Onun sözlərinə görə, şirkət bu istiqamətdə “Adversarial Threat Report” (ATR) - “Düşmən Təhlükəsi Hesabatı” vasitəsilə ictimaiyyəti vaxtaşırı məlumatlandırır:

“”Meta” (“Facebook”, “Instagram”, “Threads”) platformalarında ictimai rəyə manipulyasiyaya, saxta auditoriya qurmağa yönəlmiş koordinə olunmuş dezinformasiya şəbəkələrinə qarşı mübarizə aparır. Bu çərçivədə “Meta”-nın “Adversarial Threat Report” (ATR) hesabatları vasitəsilə aşkarlanmış və silinmiş hesablar, məlumatlar ictimaiyyətə təqdim olunur.

“Meta”-nın “Adversarial Threat-Düşmən təhlükəsi” hesabatı əsasən koordinə olunmuş saxtakarlıq fəaliyyətləri (feyk hesablar, səhifələrlə şəbəkələr, intensiv təkrar yazılar, saxta izləyicilər və s.) aşkarlanıb qaldırılmasını əhatə edir. 

Hökumətlərin şikayətinin olub-olmasından asılı olmayaraq, “Meta” özünün avtomatik sistemləri və araşdırma qrupları vasitəsilə belə fəaliyyətləri müəyyən edərsə, onları avtomatik şəkildə silir”. Bəhruz Əliyev qeyd edib ki, “Meta”-nın bu sahədəki yanaşması konkret metodologiyaya əsaslanır:

“Metodologiyasına görə bu hesabatlar bir neçə mərhələdən ibarətdir. Birincisi, daxili alqoritmlər və rəqəmsal izlər vasitəsilə şəbəkəvi fəaliyyətləri avtomatik aşkarlayır, sonra insan ekspertlər, analitik qruplar şübhəli şəbəkəni dərindən yoxlayır. Əgər şübhə təsdiqlənərsə, hesab və səhifələr silinir, kampaniya ifşa edilir.

Qanuni müraciətlər, istər hökumətlərdən, istərsə də tərəfdaş qurumlardan daxil olan sorğular prioritet şəkildə nəzərdən keçirilir, lakin algoritmlər bu prosesdə müstəqil şəkildə fəaliyyət göstərməyə davam edir”.Onun sözlərinə görə, bu sistemlər ilkin mərhələdə şübhəli hesabları işarələyir:

“”Meta”-nın alqoritmləri şəbəkəvi saxtakarlıq ehtimalı olan davranışları vaxtında müəyyən edir. Məsələn, Bot davranışı, IP təkrarları, əlaqəli məzmun paylaşımı, eyni domenlərin fərqli hesablardan təkrar-təkrar paylaşılması, birdən-birə yaranan və eyni məqsədli hesabların aktivliyi, bənzər profil şəkilləri, məzmun strukturları və əlaqələr, saxta "engagement" (bəyənmə, paylaşma, reaksiya) modelləri kimi rəqəmsal izləri (digital footprint) toplayır və ilk mərhələdə avtomatik şübhəliləri işarələyir”.

Ekspertin vurğulayıb ki, “Meta” bu cür fəaliyyətləri platformadan uzaqlaşdırarkən ifadə azadlığını deyil, platforma qaydalarının pozulması və manipulyativ davranış formalarını əsas götürür:

“Şübhəli şəbəkə alqoritm tərəfindən tanındıqdan sonra, “Meta”-nın daxilində fəaliyyət göstərən təhlükəsizlik və məlumat analitikləri qrupu işi təhvil alır. Bu ekspertlər, şəbəkədəki əlaqələri, fəaliyyətin siyasi, kommersiya və ya dövlətlə əlaqəsini, təyinatlı auditoriyaları və məqsədləri araşdırır. “Meta” bu fəaliyyətləri silərkən, ifadə azadlığı deyil, platforma qaydalarının pozulması (Terms of Service) və manipulyativ davranış üzərindən hərəkət edir. 

“Meta” bildirir ki, biz paylaşımın həqiqiliyini yox, paylaşım üsulunun manipulyativ olub-olmadığını araşdırırıq. “Meta”-nın "Adversarial Threat" siyasəti, siyasi neytrallıq saxlayaraq koordinə olunmuş saxta fəaliyyətlərə qarşı alqoritmik və insan əsaslı müdaxilədir. Hökumətlərin müraciətləri prosesə təsir edə bilər, lakin qərar “Meta”-nın daxili risk və analiz siyasətinə əsaslanır. Bu yanaşma dezinformasiyaya qarşı rəqəmsal təhlükəsizlik modeli kimi qəbul olunur”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyun 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri