Kukla Teatrında “Xoşbəxt olsun uşaqlar” adlı sərgi açılıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Kukla Teatrında S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin təhsilalanlarının rəsm əsərlərindən ibarət “Xoşbəxt olsun uşaqlar” adlı sərgi açılıb.
Kukla Teatrından AZƏRTAC-a bildirilib ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərə, xalqımızın qəhrəmanlığına, Qarabağa və Vətənə məhəbbətə, milli qürur və vətənpərvərlik duyğularına həsr olunan sərgidə uşaqların rənglərin dili ilə ifadə etdikləri duyğu və düşüncələr nümayiş olunub.
Balaca rəssamların əsərlərində Zəfər tariximizin sevinci, doğma torpağa bağlılıq, Vətən sevgisi və sülh dolu gələcəyə inam öz bədii əksini tapıb.
Sərgidə təqdim olunan rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Uşaqların saf dünyagörüşündən süzülərək rənglərə hopan bu təsvirlər bir daha göstərib ki, Vətən sevgisi və milli dəyərlərə bağlılıq gələcək nəsillərin yaradıcılığında da mühüm yer tutur.
Tədbir çərçivəsində məktəbin şagirdlərinin ifasında rəqs və musiqi nömrələrindən ibarət bədii proqram da təqdim olunub. Rənglərin, musiqinin və uşaqların yaradıcılıq enerjisinin bir araya gəldiyi tədbir iştirakçılara xoş ovqat bəxş edib.
Sərginin keçirilməsində əsas məqsəd uşaqların yaradıcılıq potensialının nümayişi, onların vətənpərvərlik ruhunda tərbiyəsinə dəstək, milli-mənəvi dəyərlərin və Zəfər tariximizin incəsənət vasitəsilə təbliğidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 Noyabr 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















