Icma.az
close
up
RU
Külli miqdarda dövlət vəsaiti, stress və xərc: İmtahan ləvğ edilməlidir

Külli miqdarda dövlət vəsaiti, stress və xərc: İmtahan ləvğ edilməlidir

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Hər il ölkənin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. 

Bu il də aprelin 13-də və 20-də 9-cu sinif şagirdləri buraxılış imtahanı veriblər. 27 apreldə isə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçiriləcək. Qeyd edək ki, 11 illik ota təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticəsi şagirdlərin attestat qiymətlərində özünü göstərməklə yanaşı, ali məktəbə qəbul imtahanında da əsas baza rolunu oynayır. Ancaq ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri heç nəyi dəyişmir. 

Yəni, buraxılış imtahanlarında həm az, həm də yüksək bal toplayan şagirdlər təhsillərini davam etdirə bilirlər. Ancaq bu imtahan zamanı şagirdlər həm psixoloji baxımdan stress yaşamalı olur, həm valideynlər repetitorlara külli miqdarda pul xərcləyir, həm də həmin imtahanların təşkili üçün müəyyən məbləğdə vəsait sərf olunur. 

Məsələn, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra şagirdlərə attestat verilir ki, ancaq peşə məktəblərinə sənəd verənlər üçün bu sənəd keçərli olur. Digər şagirdlər üçün isə dövlətin müəyyən məbləğdə vəsaiti hesabına hazırlanan bu sənədinin heç bir təsiri olmur, həmin sənəd sentyabr ayında şagirdlərdən yığılır və yəqin ki, arxivlərə göndərilir. 

Ümumiyyətlə, 9-cu sinif üzrə Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarına ehtiyac varmı? 

Təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, Azərbaycanda 9-cu sinif buraxılış imtahanlarının keçirilməsi ənənəyə çevrilib və hər il on minlərlə şagird bu imtahanlarda iştirak edir: 

“Statistika göstərir ki, 2023-cü ildə buraxılış imtahanında iştirak edən şagirdlərin 82-84 faizi 10-cu sinfə qəbul olunub və təhsilini davam etdirib. Yəni, buraxılış imtahanında yüksək və ya aşağı bal toplamaq şagirdlərin təhsili davam etdirməsinə, gələcək imkanlarına faktiki olaraq heç bir təsir göstərmir. 

Mövcud qanunvericiliyə görə, “Ümumi təhsil haqqında” Qanunun 8.2-ci maddəsində buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulsa da, bu imtahanlar yalnız formal qiymətləndirmə funksiyası daşıyır, şagirdin təhsil yolunun seçimi üçün əsl filtr rolunu oynamır. Dövlət İmtahan Mərkəzi hər il bu proses üçün böyük maddi və insan resursları ayırır, yüzlərlə müəllim, təşkilatçı və texniki işçi cəlb olunur, milyonlarla manat vəsait xərclənir. 

Valideyn və şagirdlər isə uzunmüddətli stress, hazırlıq xərcləri və psixoloji təzyiqlə üzləşir, nəticədə imtahan yalnız formal statistik göstərici kimi qalır. Bu imtahanların nəticəsi nə şagirdin gələcək sinifə keçidinə, nə də peşə və ya orta ixtisas təhsili seçiminə real təsir edir, çünki aşağı nəticə göstərənlər üçün də əlavə imtahanlar, düzəliş mexanizmləri və fərdi yanaşma imkanları mövcuddur”. 

Ekspert deyir ki, dünya təcrübəsinə baxsaq, Avropa və Skandinaviya ölkələrinin çoxunda ümumi orta təhsilin sonunda kütləvi buraxılış imtahanları ya keçirilmir, ya da yalnız fərqləndirici və peşə yönümlü mərhələlər üçün tətbiq olunur:

“Almaniyada və Niderlandda imtahanlar yalnız şagirdin akademik və ya peşə yönümlü təhsil seçimi üçün tətbiq edilir,  bu imtahanların nəticəsi real istiqamətləndirici rol oynayır. 

Azərbaycanda isə imtahan nəticələri istənilən təhsil yolunun qarşısında əngəl deyil, yəni buraxılış imtahanları əsasən formal hesabatlılıq və statistika naminə keçirilir. Buraxılış imtahanlarının müsbət tərəfi kimi məktəblərdə minimal nəzarət və ümumi intizam yaratması, müəllim və şagirdlərin ən azı baza səviyyəsində qiymətləndirilməsi üçün mexanizm təqdim etməsi göstərilə bilər. 

Lakin mənfi tərəflər daha çoxdur: imtahanların nəticəsinin təhsilin real davamiyyətinə və keyfiyyətinə təsir etməməsi, resursların səmərəsiz xərclənməsi, şagirdlər üçün əlavə stress və psixoloji yük, müəllimlərin və valideynlərin isə bu prosesə formal yanaşması. Əgər bu imtahanlar ləğv olunarsa və ya köklü şəkildə yeniləşdirilərsə, təhsil sistemində artıq bürokratik yüklər azalar, məktəb və ailələr üçün stress və maliyyə xərcləri minimallaşar, şagirdlərin real bacarıq və maraqlarını ölçən, inkişafı stimullaşdıran yeni qiymətləndirmə mexanizmləri tətbiq oluna bilər. 

Nəticədə, məktəb təhsili formalizmdən çıxaraq şagirdin fərdi inkişafını və təhsil motivasiyasını dəstəkləyən, praktik fayda verən bir sistemə çevrilə bilər. Azərbaycanın təhsil sistemində 9-cu sinif buraxılış imtahanlarının məqsədəuyğunluğu və səmərəliliyi yenidən ciddi şəkildə qiymətləndirilməlidir”. 

Nigar Abdullayeva
"Cebheinfo.az" 

Açar sözlər: İmtahan buraxılış imtahanı Kamran Əsədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Aprel 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri