Icma.az
close
up
RU
Qarabağ ın sabiq futbolçusu: “Atletik”ə məğlubiyyətin əsas səbəbi futbolçuların yorğunluğu idi

Qarabağ ın sabiq futbolçusu: “Atletik”ə məğlubiyyətin əsas səbəbi futbolçuların yorğunluğu idi

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

“Atletik”i məğlub etmək olardı. Lakin müəyyən amillər qələbəyə mane oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov Ağdam klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada “Atletik”ə 1:3 hesabı ilə məğlub olduğu görüş barədə danışarkən deyib.

Mütəxəssis məğlubiyyəti futbolçuların fiziki yorğunluğu ilə əlaqələndirib: “Oyunçuların bir çoxu milli komandaların düşərgəsindən yeni qayıtmışdı. 4-5 gün fasilə ilə oynamaq heç də asan deyil. Eyni zamanda komanda ölkə çempionatında da birincilik uğrunda mübarizə aparır. Bu cür sıx oyun qrafikinə tab gətirmək futbolçular üçün fiziki cəhətdən xeyli çətindir. Fikrimcə, İspaniyadakı məğlubiyyətin əsas səbəbi də məhz budur. Qurban Qurbanovun komandası hesabı ilk dəqiqədə açsa belə, rəqib çox rahat oynayırdı. Çünki “Atletik”in futbolçuları geridönüş edəcəklərinə inanırdılar. Təbii ki, burada təcrübə amili də böyük rol oynadı”.

Azərbaycan millisinin sabiq hücumçusunun sözlərinə görə, “Atletik” səviyyə baxımından “Qarabağ”ın əvvəlki rəqibləri olan Portuqaliyanın “Benfika” və Danimarkanın “Kopenhagen” klublarından daha zəif komandadır: “Bu səbəbdən düşünürəm ki, rəqibi məğlub etmək olardı. La Liqa kimi sürətli və gərgin çempionatda çıxış edən kollektivə qarşı mübarizə aparmaq doğrudan da çətindir. Buna baxmayaraq, “Qarabağ” layiqli oyun göstərdi. Komanda növbəti mərhələyə adlamaq şanslarını davam etdirir”.

O, Ağdam təmsilçisinin turnirdə keçirəcəyi növbəti matç barədə də fikirlərini bildirib: “Növbəti qarşılaşma İngiltərə nəhəngi “Çelsi”yə qarşı olacaq. Futbolda hər bir nəticə mümkündür. Hesab edirəm ki, 11-12 xal növbəti mərhələyə adlamaq üçün kifayət edəcək. Niderlandın “Ayaks” və Almaniyanın “Ayntraxt” kollektivlərindən də Bakıda xal almaq mümkündür”.

Qeyd edək ki, ilk 3 turdan sonra aktivində 6 xal olan “Qarabağ” 13-cü pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri