Kür çayında kəskin enmə var ADSEA rəsmisi
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Su komissiyası tərəfindən anbarların doldurulması və boşaldılması gündəlik olaraq ciddi nəzarətdə saxlanılır".
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ölkədə içməli su təhlükəsizliyi ilə bağlı vəziyyətdən danışan qurum rəsmisi bildirib ki, Azərbaycan su ehtiyatlarına görə risk qrupuna daxildir:
"Çünki su ehtiyatlarımızın 70 faizi transmilli çaylardan gəlir. Lakin ölkə daxilində ekoloji cəhətdən təmiz olan Həkəriçay kimi mənbələr və Mingəçevir su anbarı kimi böyük ehtiyatlarımız mövcuddur. Respublikada 141 su anbarı fəaliyyət göstərir və ötən dövrlə müqayisədə bu il 2,2 milyard kubmetr artıq su toplanıb".
Kür çayının səviyyəsinin enməsi riskinə toxunan qurum rəsmisi deyib ki, son illərdə kəskin enmə müşahidə olunmur:
"Su komissiyası tərəfindən anbarların doldurulması və boşaldılması gündəlik olaraq ciddi nəzarətdə saxlanılır. Həmçinin Xəzər dənizinin suyunun içməli suya çevrilməsi məsələsi də cənab Prezidentin müvafiq tapşırıqları çərçivəsində diqqət mərkəzindədir və yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək".
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Oktyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















