Kürdəmirdə ağır yol qəzası olub, ölən var
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kürdəmir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Zərdab-Kürdəmir yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./Report

