Kurtua: Real futbol oynamağı unutdu
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Real"ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Arsenal"a məğlubiyyətdən (0:3) danışıb.
QOL.az xəbər verir ki, qolkiper öz komandasının oyunundan narazı qaldığını etiraf edib:
"Düşünürəm ki, "Arsenal" evdə çox güclü oynayır. Onlar yaxşı pressinq edirlər. İlk hissədə yaxşı müqavimət göstərdik, əks-hücumlarda təhlükə yaratdıq. İkinci hissədə isə sadəcə futbol oynamağı unutduq.
Panikaya düşdüyümüzü deməzdim, amma topla olanda narahat idik. Onlar 3 qol vurdular. Biz isə reaksiya vermədik.
0:3 geri düşmək çətindir. Amma bilirik ki, azarkeşlərimizin dəstəyi ilə evdə daha güclü olacağıq. Azarkeşlərimiz komandamıza inanmalıdırlar. Cavab oyununda sərfəli nəticə üçün ilk dəqiqədən əlimizdən gələn hər şeyi edəcəyik. Səhvlərimizi düzəltməli və qollar vurmağa çalışmalıyıq. Məncə, bu mümkündür".
Qeyd edək ki, "Real" - "Arsenal" cavab oyunu aprelin 16-da Madriddə keçiriləcək.
Baxış sayı:58
Bu xəbər 09 Aprel 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















