Kütləvi qadın briqadaları göndərildi: Təyyarə dolusu gəldilər
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyaya Şimali Koreyadan (KXDR) kütləvi şəkildə qadın işçi briqadalarının gətirilməsinə başlanılıb.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan və təyyarə salonunda çəkilən görüntülərdə vahid geyimdə olan onlarca Şimali Koreyalı qadın işçinin Rusiyaya gəlişi anbaan əks olunub.
Gətirilən 40 nəfərlik qrupların istehsalat müəssisələrində, tikiş fabriklərində, mətbəxlərdə və fermalarda işlə təmin olunması təklif edilir.
Məlumata görə, işçilərin saatlıq zəhmət haqqı 480 rubldan (təxminən 9-10 AZN) başlayır.
Bununla belə, Şimali Koreyadan gələn işçi qrupları üçün son dərəcə sərt və xüsusi yaşayış şərtləri müəyyən edilib. Belə ki, gətirilən briqadaları bir-birindən ayırmaq qəti qadağandır və bütün qadın işçilər bir yerdə məskunlaşdırılmalıdır. İşəgötürən onlar üçün tam təcrid olunmuş ayrı bir yaşayış sahəsi - məsələn, binanın ayrı bir mərtəbəsini və ya müstəqil bir tikilini təmin etməyə borcludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 Avqust 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















