“Laçında bizimlə birgə döyüşə çıxan nazirlərimiz olub... Bəs indi müharibə başlasa?..“
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bu gün bizdə nazir yoxdur, ona görə də operativ iş yoxdur. Allah eləməsin, müharibə başlasa, hansısa nazir silaha sarılaraq əsgərlərinin qabağında döyüşə atılacaqmı? O, əvvəlki nazirlər kimi müharibəyə gedəcəkmi?"
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə İrəvanda erməni vətəndaşlardan biri "24news"-a müsahibəsində bildirib.
"Düzdür, bu gün onların bəzilərini gözdən salırlar, amma məsələn, Hayk Arutyunyan(1992-1994 - Ermənistan daxili işlər nazirinin müavini-S.Lı) bizimlə birgə Laçında vuruşurdu. O vaxt polislər Laçın dəhlizini qoruyurdu. Sonralar o, Stepanakertdə(Xankəndində- S.L.) və başqa yerlərdə də əməliyyat keçirib. Bizimlə döyüşə çıxan nazirlərimiz olub. Noyemberyanda da belə olub", - o vurğulayıb.
S.Laçın
Baxış sayı:92
Bu xəbər 02 Noyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















