Icma.az
close
up
RU
Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq Deputat

Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq Deputat

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunmuşdur. Məhz bu səbəbdən həmin tarix Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu gün, Laçının erməni işğalından azad edilərək yenidən Azərbaycan xalqının nəzarətinə qaytarıldığı tarixi hadisəni əbədiləşdirir".
Bunu Demokrat.az-a açıqlamasında deputat Pərvanə Vəliyeva deyib. O qeyd edib ki, işğal dövründə Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur:
"Lakin, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi nəticəsində əldə olunan tarixi Zəfərdən sonra 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanata əsasən, Laçın rayonu, o cümlədən Laçın şəhəri də mərhələli şəkildə Azərbaycanın nəzarətinə qaytarıldı. 2022-ci ilin 26 avqustunda Azərbaycan Ordusu Laçın şəhərinə daxil olaraq tam nəzarəti bərpa etdi. Güclü siyasi rəhbərlik sayəsində Azərbaycan beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi və Ali Baş Komandanın tabeliyində Azərbaycan Silahlı Qüvvələri tarixi qələbə qazanaraq Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Cənubi Qafqazda yeni nizam, yeni reallıq yaradan tarixi Zəfərdən sonra dövlət başçısı tərəfindən sülh gündəliyi irəli sürüldü, qarşı tərəf sülhə məcbur edildi. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda baş tutan son sülh danışıqlarında əldə olunan mühüm və tarixi nailiyyət əldə olundu".
Deputat qeyd edib ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə azad olunmuş ərazilərdə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Laçın şəhərində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır, müasir infrastruktur, təhsil və səhiyyə obyektləri, yollar və yaşayış binaları inşa olunur. Ən önəmlisi isə – uzun illərdən sonra laçınlı ailələr doğma torpaqlarına qayıdır:
"Həmçinin bu müddət ərzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
İşğaldan azad edildikdən sonra Ölkə Başçısının təşəbbüsü ilə Laçında generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. 
Bundan başqa, Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub". 
Millət vəkili bildirib ki, Laçında Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir: 
"O cümlədən, Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. 
Şəhərin Baş plan layihəsində həyətyanı sahəsi olan fərdi evlərə, o cümlədən digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsinə üstünlük verilmişdir. Laçın şəhərində xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılması nəzərdə tutulmuşdur. Bu gün ümumilikdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib və daha bir çox yaşayış və qeyri-yaşayış sahələrinin tikinti və bərpası davam etdirilir. Həmçinin 2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olmuşdur".
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Avqust 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see287

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see205

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see150

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri