Icma.az
close
up
RU
Laçında strateji əhəmiyyətə malik hava limanının açılması hər birimiz üçün fəxr mənbəyidir ŞƏRH

Laçında strateji əhəmiyyətə malik hava limanının açılması hər birimiz üçün fəxr mənbəyidir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 may, AZƏRTAC

Mayın 28-də Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. Elə həmin gün tarixi bir prosesin nəticəsi olaraq, Azərbaycan üçün xüsusi strateji və milli əhəmiyyətə malik olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi böyük uğurla həyata keçirildi. Bu möhtəşəm tədbirdə iki ölkənin dövlət başçısı Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı hadisənin beynəlxalq səviyyədə nə qədər önəmli olduğunu bir daha göstərdi. Laçın Beynəlxalq Hava Limanın açılışı 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri və nəticədə ölkə ərazisində tam suverenliyin bərpa olunması kimi tarixi mərhələlərin məntiqi davamıdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Laçında belə mühüm infrastruktur layihəsinin gerçəkləşdirilməsi, həm milli, həm beynəlxalq, həm də regional baxımdan strateji əhəmiyyət daşıyır.

Bu layihə Prezident İlham Əliyevin uzaqgörən, milli maraqlara əsaslanan və insan mərkəzli siyasətinin bariz təzahürüdür. Hava limanının açılışı ilə verilən mesaj aydındır: Azərbaycan sülhə, sabitliyə, təhlükəsizliyə və regional inkişafa sadiqdir. Eyni zamanda, hər hansı bir təhdid və ya təxribata qarşı dövlətimizin güclü iradəsi və “dəmir yumruğu” hər zaman hazır vəziyyətdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni söyləyib.

R.Zeyni qeyd edib ki, otuz il həsrətlə gözlədiyimiz torpaqlarımız artıq azaddır. İndi isə Qarabağın bərpası və Böyük Qayıdış prosesi uğurla icra olunur: “Bu proqram çərçivəsində infrastruktur quruculuğu, yaşayış şəraitinin yaradılması və regionun dirçəldilməsi intensiv şəkildə davam etdirilir. Laçın Beynəlxalq Hava Limanı da bu genişmiqyaslı bərpa və inkişaf prosesinin mühüm bir hissəsidir. Əminəm ki, bu mühüm hadisə və əldə olunan nailiyyətlər həm Azərbaycan cəmiyyəti, həm də dünya azərbaycanlıları tərəfindən böyük qürur və sevinc hissi ilə qarşılanır. Bu inkişaf bizə, xalqımıza yeni ruh və ümid verir. Çünki Qarabağ Azərbaycandır! Bu ideya, həmçinin ona xidmət edir ki, biz Qərbi Azərbaycana da qayıdış konsepsiyasını uğurla həyata keçirəcəyik. Bu münasibətlə bütün xalqımızı xüsusilə laçınlıları və cəbrayıllıları səmimi-qəlbdən təbrik edirəm. Laçında strateji əhəmiyyətə malik belə bir hava limanının açılması hər bir vətəndaşımız üçün fəxr və sevinc mənbəyidir. Bundan sonra Azərbaycan beynəlxalq arenada, regionda daha da güclənəcək və öz nüfuzunu artıracaq. Qoy, bu nailiyyətlər xalqımızın rifahına, dövlətimizin qüdrətinə və bölgədə sülhə xidmət etsin”, - deyə R.Zeyni vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see389

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see191

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see175

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see169

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see168

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see145

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see140

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see137

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri