Icma.az
close
up
RU
Laçının azad edilməsi ən böyük qələbələrdən biridir

Laçının azad edilməsi ən böyük qələbələrdən biridir

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Laçın şəhərinin işğaldan azad edilməsi, Azərbaycan xalqı üçün həm böyük bir qələbə, həm də əzmkarlığın və mübarizənin simvoludur. 26 avqust, bu zəfərin qeyd olunması, həmçinin Laçının gələcək inkişafı və bərpası ilə bağlı əhəmiyyətli layihələrin başlanğıcıdır”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Laçının işğaldan azad edilməsi və Laçın şəhər gününün qeyd edilməsi ilə bağlı danışarkən səsləndirib. O qeyd edib ki, 26 avqust, Laçının yalnız coğrafi olaraq Azərbaycan ərazisinə daxil olması deyil, həm də Azərbaycanın haqqını, mədəniyyətini, vətəndaşlarını geri qazanmasının simvoludur:
“Bu, Azərbaycanın müharibə nəticəsində əldə etdiyi ən böyük qələbələrdən biridir. Laçının işğaldan azad edilməsi, 30 ildən çox davam edən münaqişənin sonlanmasında əhəmiyyətli bir mərhələdir. Bu gün həm də Azərbaycan xalqının mübarizəsinin, dözümünün və qələbəsinin təcəssümüdür”.
Arzuman Muradlı xatırladıb ki, İkinci Qarabağ Mühüribəsində tarixi zəfərimiz nəticəsində 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən dekbarın 1-də Laçın boşaldılaraq Azərbaycana geri qaytarıldı və tarixi ədalət bərpa olundu:
“Lakin ermənilər hələ də ümid edirdilər ki, proseslər dəyişə və yenidən Laçına qayıda bilərlər. Lakin 2022-ci ilin 26 avqustunda Azərbaycan Ordusu Laçına nəzarəti tam bərpa etdi və bununla da ermənilərin bəlkə də qaytardılar ümidləri tamamilə puça çıxdı”.
Arzuman Muradlı deyib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncam əsasında hər il 26 avqust Laçın Şəhər Günü kimi qeyd edilir:
“Bu gün Laçın sürətlə yenidən qurulur, yenilənir. Laçın şəhərinin bərpası və gələcək inkişafı üçün həm dövlət, həm də vətəndaş cəmiyyəti tərəfindən bir sıra layihələr həyata keçirilir. Bu gün həm də bu işlərin başlanğıcı olaraq, Laçının yeni dövrə keçişinin simvoludur.
Laçın şəhərinin işğaldan azad edilməsindən sonra, burada müxtəlif infrastruktur və sosial layihələr həyata keçirilir. Bu layihələr Laçının iqtisadi inkişafını təmin etmək, əhali üçün yaşayış şəraitini yaxşılaşdırmaq, turizm potensialını artırmaq, mədəniyyət və tarixinin qorunmasını təmin etmək məqsədi daşıyır”.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Avqust 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri