Icma.az
close
up
RU
Latviya və Estoniya piyadalara qarşı minaların qadağan edilməsi haqqında konvensiyadan çıxırlar

Latviya və Estoniya piyadalara qarşı minaların qadağan edilməsi haqqında konvensiyadan çıxırlar

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Estoniya hökuməti ölkənin piyadalara qarşı minaların istifadəsi, istehsalı və saxlanmasını qadağan edən Ottava konvensiyasından çıxması haqqında qanun layihəsini təsdiqləyib.

Oxu.Az-ın ERR portalına istinadla verdiyi məlumata görə, bu barədə Estoniya XİN rəhbəri Marqus Tsaxknan bəyan edib.

O, Ottava konvensiyasından çıxmağın Estoniyanın beynəlxalq hüquq normalarına riayət etmək öhdəliyinə təsir etməyəcəyini vurğulayıb.

Növbəti addım Nazirlər Kabinetinin konvensiyadan çıxmaq haqqında qanun layihəsini Riigikoguya (parlament) təqdim etməsi olacaq.

Bundan əvvəl isə Latviyanın Prezidenti Edqars Rinkeviçs də Ottava konvensiyasından ölkənin çıxması haqqında qanunu imzalayıb.

Xatırladaq ki, martın 18-də Latviya, Litva, Polşa və Estoniyanın müdafiə nazirləri birgə bəyanatda öz ölkələrinin rəhbərliyinə Ottava konvensiyasından çıxmağı tövsiyə ediblər. Bu addımı onlar Rusiya və Belarus ilə həmsərhəd olan NATO üzv dövlətlərinə qarşı hərbi təhdidlərin əhəmiyyətli dərəcədə artması ilə əsaslandırıblar.

Piyadalara qarşı minaların qadağan edilməsi haqqında Ottava konvensiyası 1999-cu ildə qüvvəyə minib, ona 164 dövlət qoşulub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin qiymətləndirmələrinə görə, bu silah növü mülki əhali arasında çoxlu sayda qurbanların yaranmasına səbəb olur və hərbi əməliyyatlar başa çatdıqdan sonra uzun illər ərzində təhlükə yaratmağa davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri