Icma.az
close
up
RU
Latviyada İstanbul Konvensiyası qüvvədə qaldı

Latviyada İstanbul Konvensiyası qüvvədə qaldı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Prezident ölkə seyminin hay-küylü qərarını təsdiqləmədi

Bu yaxınlarda Latviya Seymi (parlament) qadınları zorakılıqdan qorumağı hədəfləyən Avropa Şurasının İstanbul Konvensiyasından çıxmaq üçün səs verib. Seym bu məsələni 12 saatdan çox müzakirə edib. Bu qərarı Latviya cəmiyyətində və beynəlxalq aləmdə geniş rezonans doğuraraq ölkəni dərin ideoloji və siyasi müzakirələrin mərkəzinə çevirib.

Qadınlara və qızlara qarşı zorakılıqdan qoruyan bu sənəd illərdir Avropada insan hüquqları sahəsində ən mühüm mexanizmlərdən sayılırdı. Lakin Latviya Seymində keçirilən uzun və emosional müzakirələrdən sonra bəzi siyasi qüvvələr onun ölkənin sosial dəyərlərinə uyğun olmadığını bildirib və konvensiyadan çıxmağa səs veriblər. Bu addım yalnız hüquqi deyil, həm də mədəni-siyasi seçimin göstəricisidir.

Konvensiyaya qarşı çıxan siyasi qüvvələr hesab edirlər ki, sənəddə “gender” anlayışının sosial baza kimi təqdim olunması səhvdir. Onların fikrincə, Konvensiya uzun illər formalaşmış və cəmiyyət tərəfindən qəbul edilmiş ənənəvi ailə modelinə ziddir: “Gender rollarının bioloji deyil, sosial kateqoriya kimi izah edilməsi kişi və qadının cəmiyyətdəki ənənəvi rollarını pozur. Nəticədə ictimai nizamın əsas dayaqlarından biri olan ailə institutunu sarsıdır. Bu da siyasi mübahisə predmeti olmaqla yanaşı, cəmiyyətdə narahatlıq yaradır. Çünki Konvensiya milli kimliyə potensial müdaxilə kimi dəyərləndirilir və bəzi dairələrdə “xarici təsir” kimi təqdim olunur. Eyni zamanda, milli dəyərlərdən uzaq, yerli reallığı nəzərə almayan normativ akt kimi qəbul edilir”.

Bu səbəbdən mühafizəkar partiyalar sənəddən imtina etmək və ya ona qarşı çıxmaq mövqeyini, sadəcə, diplomatik taktika kimi deyil, “Latviya dəyərlərinin müdafiəsi” kimi qələmə verirlər. Onların ritorikasında bu addım milli-mədəni özünüdərkə, ailə institutunun qorunmasına və ənənəvi sosial rolların saxlanmasına yönəlmiş addımdır. Bəs seym üzvləri nəyi önə çıxarırlar? Bu, ilk növbədə, İstanbul Konvensiyasının 4-cü maddəsi ilə bağlıdır. Maddənin bir bəndində “sexual orientation, gender identity” ifadəsi yer alıb. Bu, Qərb dünyasında normal hal kimi qəbul olunsa da, bəzi ölkələr üçün qəbuledilməzdr, hətta ikrahdoğurucudur. Çünki onun cinsi azlıqların hüquqlarını təşviq edəcəyi, üçüncü cinsi, eynicinsli nikahları tanıyacağı, ailə ənənələrini zədələyəcəyi qorxusi var. Narahatlığa əsasən, gender anlayışının geniş hüquqi təsiri, LGBT hüquqlarının potensial genişlənməsi konstitusion ailə modelinə müdaxilə ehtimalını artırır. İkincisi, gender anlayışının genişləndirilməsi sosial və mədəni uyğunluq problemlərinə səbəb olur. Bu da Latviya cəmiyyətinin əksəriyyəti üçün qəbuledilməzdir.

Beləliklə, latış deputatların narahatlığı başadüşüləndir. Onlar ailə institutuna və ənənəvi gender rollarına ciddi önəm verdiklərini bildirirlər. Ölkə qanunvericiliyində cinsiyyət anlayışı adətən bioloji cinsə əsaslanır – qadın və kişi. Üçüncü cins və eynicinsli nikahlar tanınmır. Buna görə konvensiyadakı bu ifadələr geniş interpretasiya edildikdə narahatlıq yaradır.

Digər tərəfdən, İstanbul Konvensiyasının ölkədəki demoqrafik problemi dərinləşdirəcəyinə inanırlar. Bu gün Latviyanın əsas problemləri aşağı doğum nisbəti, yüksək ölüm və emiqrasiyadır. Bu səbəbdən əhalinin sayı sürətlə azalır, eləcə də yaşlıların sayı artır. 2025-ci ilin əvvəlinə olan məlumata görə, Latviyada təxminən 1,8 milyon insan yaşayırdı ki, bu da əvvəlki ilə nisbətən 18 min nəfər azdır. Mərkəzi Statistika Bürosu tərəfindən dərc edilmiş ilkin məlumatlara görə, bu ilin ilk səkkiz ayında Latviyada 7 min 837 doğuş qeydə alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azdır. Bu, təkcə doğum nisbətinin aşağı olması və əhalinin yaşlanması (və nəticədə ölüm hallarının artması) ilə deyil, həm də daim davam edən mühacirətlə bağlıdır. Latviya Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda təkcə Birləşmiş Krallıqda təxminən 150 min Latviya mühaciri yaşayır ki, bu da dünya üzrə bütün Latviya diasporunun demək olar ki, yarısıdır.

Onu da qeyd edək ki, mühacirlərin əksəriyyəti kişilərdir. Son illər Latviyada “kişi çatışmazlığı” o qədər hiss olunur ki, bu mövzu həm yerli mediada, həm də sosial şəbəkələrdə geniş müzakirə mövzusudur. Rəsmi statistika göstərir ki, ölkədə qadınların sayı kişiləri on minlərlə üstələyir və fərqin 130–150 min arasında dəyişdiyi bildirilir. Bu isə Latviyanı Avropada kişi–qadın balansının ən qeyri-bərabər olduğu ölkələrdən birinə çevirir. Deputatların da əksəriyyəti düşünür ki, İstanbul konvensiyası ölkədəki demoqrafik problemləri daha da artıracaq. Bu səbəbdən Latviyada Konvensiyanın 4-cü maddəsi ölkənin gələcəyi üçün təhlükə sayılır. Ən doğru yolu ondan çıxmaqda görürlər. Bu qərar Latviya üçün, sadəcə, hüquqi bir addım deyil, həm də ölkənin Avropa ilə əlaqələrinin xarakterini, gələcək sosial siyasətini və cəmiyyətin özünü necə dərk etdiyini müəyyənləşdirən strateji seçimdir. Bu müzakirə açıq şəkildə göstərir ki, Latviya cəmiyyəti dəyərlər və hüquqlar arasında tarazlıq axtarışındadır və bu axtarışın nəticəsi ölkənin gələcək istiqamətinə mühüm təsir göstərəcək. Amma bunu istəməyənlər də var.

O da maraqlıdır ki, bu müzakirənin əhəmiyyəti yalnız ölkə daxilindəki siyasi qüvvələrin toqquşması ilə məhdudlaşmır. Qərar beynəlxalq səviyyədə də ciddi narahatlıq yaradıb. Almaniya, Fransa, Böyük Britaniya, Danimarka və başqa ölkələrin diplomatları Latviya parlamentinə müraciət edərək, bu addımın Avropanın insan hüquqları standartlarından geri çəkilmə kimi dəyərləndiriləcəyini bildiriblər. Beynəlxalq insan hüquqları təşkilatları isə bu qərarın regionda avtoritar meyilləri gücləndirə, qadınların və qızların müdafiəsini zəiflədə biləcəyini vurğulayırlar. Hazırkı mərhələdə qərarın taleyi Latviya Prezidenti Edqars Rinkeviçdən asılı olub. Prezidentin qanunu imzalamaq və ya Seymə geri qaytarmaq üçün 10 gün vaxtı vardı. Amma o, sənədi imzalamayıb və bunu belə əsaslandırıb: “Konvensiyanın tək bir Seym müddətində ratifikasiyası və ləğvi həm Latviya cəmiyyətinə, həm də beynəlxalq tərəfdaşlarına ölkənin beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirmək istəyi ilə bağlı ziddiyyətli mesaj göndərir”.

O vurğulayıb ki, əgər Latviya İstanbul Konvensiyasından çıxsa, beynəlxalq insan hüquqları müqaviləsindən çıxan ilk Aİ ölkəsi olacaq. Onu da qeyd edək ki, İstanbul Konvensiyasından çıxan ilk ölkə Türkiyə olub. Lakin Bolqarıstan, Macarıstan, Çexiya, Litva, Slovakiya və Ermənistan sənədi imzalasa da, onu ratifikasiya etməyib.

* * *

Avropa Şurasına üzv dövlətlər arasında Azərbaycan və Rusiya (2022-ci ildə qurumdan qovulub - red.) bu sənədi imzalamayıblar. Azərbaycanın konvensiyanı imzalamaması daxili ictimai rəy, ailə modelinin üstünlüyü və ailə institutuna verilən dəyərlə bağlıdır. Hüquqşünas Samir Osmanlı XQ-yə açıqlamasında bildirdi ki, insan hüquqlarının qorunması ilə bağlı bəzi beynəlxalq sənədlərin faydalı olduğu şübhəsizdir: “Lakin gender bərabərliyi ilə bağlı sənədlərin bir çox hallarda onları imzalayan ölkələrdə problemlər yaratdığı da faktdır. Bunun səbəbi belə sənədlərin bəzən dövlətlərin hüquq sisteminə müdaxilə etməsi, cinslərarası münasibətlərdə anlaşılmazlıqlar və narazılıqlar doğurmasıdır. Azərbaycanda hər bir vətəndaş qanun qarşısında bərabər hüquqlara malikdir və bunu heç kim poza bilməz. Buna baxmayaraq, bəzi beynəlxalq sənədlər humanist görünüşlü olsa da, praktikada hüquq qarşısında bərabərliyi pozan vəziyyətlərə səbəb ola bilər.

Beləliklə, bəzi beynəlxalq sənədlər sanki cəmiyyətdə sosial narazılıq yaratmaq məqsədilə hazırlanmış kimi görünə bilər. Xüsusilə İstanbul Konvensiyasında gender və cinsi oriyentasiya məsələlərinə yer verilməsi Azərbaycanın milli-mənəvi və dini dəyərləri ilə uzlaşmır. Çünki bu, bəzi qrupların cəmiyyətdə pozuculuq fəaliyyətini təşviq edir”.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri