Yaradıcılığında və şəxsi həyatında ikili kimlik sahibi O, “Stalinin inəkləri” romanında nə yazırdı?
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün eston əsilli finladiyalı yazıçı Sofi Oksanenin doğum günüdür.
Kulis.az bu münasibətlə xarici mediaya istinadən yazıçının həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.
Sofi Oksanen müasir Avropa ədəbiyyatının ən fərqli və cəsarətli simalarından biridir.
1977-ci ildə Finlandiyada doğulsa da, anası estoniyalı olduğu üçün Oksanen özünü iki mədəniyyətin – Finlandiya və Estoniyanın kəsişməsində formalaşmış bir yazıçı kimi görür.
Bu ikili kimlik onun yaradıcılığının əsas açarlarından biridir və əsərlərinə güclü tarixi, psixoloji dərinlik verir.
Onun romanları sadəcə hekayə danışmaqla kifayətlənmir; Oksanen oxucunu XX əsrin ağrılı yaddaşına aparır.
Xüsusilə Sovet işğalı dövründə Estoniyada yaşanan qorxu, susdurulma, zorakılıq və insanların şəxsi həyatlarının siyasət tərəfindən necə dağıdıldığı onun əsərlərinin mərkəzində dayanır.
Yazıçı tarixi hadisələri quru faktlar kimi yox, adi insanların taleləri, travmaları və daxili sarsıntıları üzərindən göstərir.
Bu da onun mətnlərini emosional baxımdan çox təsirli edir.
Oksanenin yaradıcılığında qadın mövzusu xüsusi yer tutur. Qadın bədəni, qadına qarşı zorakılıq, susdurulmuş səslər və cəmiyyətin ikili standartları onun mətnlərində açıq və bəzən narahat edici dərəcədə realist şəkildə təsvir olunur.
O, oxucunu rahat buraxmır; əksinə, düşünməyə və sual verməyə məcbur edir. Məhz bu səbəbdən Oksanen həm çox sevilir, həm də bəzən mübahisəli fiqur hesab olunur.
Sofi Oksanen təkcə yazıçı deyil, eyni zamanda ictimai mövqeyi olan bir intellektualdır. O, müsahibələrində və məqalələrində senzura, təbliğat, insan haqları kimi mövzularda açıq şəkildə danışır.
Onun üçün ədəbiyyat yalnız estetik məqsəd daşımır; ədəbiyyat yaddaşı qorumaq, susdurulmuş hekayələri üzə çıxarmaq və cəmiyyətə güzgü tutmaq vasitəsidir.
Sofi Oksanenin əsərləri dərin psixoloji təhlil və güclü tarixi fon ilə seçilir.
“Stalinin inəkləri” romanında qida pozuntuları və miqrant kimliyi problemi qadın taleyi üzərindən göstərilir.
Qidalanma vərdişləri son dərəcə zəif olan bir qızın hekayəsini izah edən yazıçı, eyni zamanda Estoniyadan Finlandiyaya köç edən qadınlara da əsərində arxa planda yer vermişdir. Bu roman Runeberq Mükafatına namizəd göstərilmişdir.
“Təmizlənmə” əsəri sovet işğalı dövründə Estoniyada baş verən zorakılıqları, qorxu və xəyanəti bir ailənin faciəsi fonunda açır və travmanın nəsildən-nəslə necə ötürüldüyünü göstərir.
“Baby Jane” romanında sevgi, psixoloji asılılıq və depressiya mövzuları ön plana çıxır. Əsərdə lezbiyan cütlüklər arasındakı zorakılıq və təşviş pozuntusu mövzularına diqqət yetirib.
“Göyərçinlər yoxa çıxanda” kitabında tarix və təbliğatın həqiqəti necə təhrif etdiyi göstərilir.
“Norma” romanı müasir cəmiyyətdə qadın bədəni və istismar mövzusuna alleqorik yanaşma təqdim edir.
“İt parkı” isə postsovet məkanında reproduktiv istismar və mənəvi dağılmanı tənqid edən müasir bir romandır.
Sofi Oksanen oxucuya rahat, yüngül oxu yox, dərin və sarsıdıcı bir təcrübə təqdim edən yazıçıdır. Onun mətnləri keçmişin kölgələrinin bu günə necə sirayət etdiyini anlamaq istəyənlər üçün xüsusilə maraqlı və düşündürücüdür.
Yazıçı 2008-ci ildə nüfuzlu Finlandiya Mükafatını, 2009-cu ildə Runeberq Mükafatını, 2010-cu ildə isə “Təmizlənmə” adlı romanına görə İskandinaviya Şurasının Ədəbiyyat Mükafatını qazanıb.
Finlandiyadan kənarda isə Fransada 300 roman arasından seçilərək "FNAC" Mükafatına layiq görülüb və bu mükafatı qazanan "ilk xarici yazıçı" adını əldə edib.
“Təmizlənmə” romanı yazıçıya yalnız FNAC Mükafatını deyil, eyni zamanda "Prix Femina Etranger" mükafatını da qazandırıb.
2009-cu ildə Estoniyanın məşhur qəzetlərindən olan "Postimees" onu yekdilliklə “İlin adamı” elan edib.
Məşhur rejissorun oğluna ömürlük həbs cəzası verilə bilər Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı - Onun köməkçisi niyə özünü asmışdı? Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam kim idi?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 07 Yanvar 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















