Icma.az
close
up
RU
Lavrovun Paşinyandan tələbləri: masada olan şərtlər Ya gedirsən, ya edirsən

Lavrovun Paşinyandan tələbləri: masada olan şərtlər Ya gedirsən, ya edirsən

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana gəlir və artıq səfər zamanı müzakirə ediləcək gündəlik də açıqlanıb. Lavrovun İrəvanda müzakirə edəcəyi əsas məsələlərə ikitərəfli əməkdaşlıqla yanaşı, Avrasiya inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətlə yanaşı, regional təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşma prosesləri daxildir. 

Lavrovun İrəvana bu səfəri istər beynəlxalq, istər regional proseslər, istərsə də Rusiya-Ukrayna müharibəsində yaranmış durum baxımdan ciddi əhəmiyyət kəsb edən səfərdir.

Birincisi, səfər İrəvan-Moskva münasibətlərinin gələcək perspektivi baxımdan mühüm əhəmiyyət kəsb edir. Keçiriləcək görüşlərdə son illərdə İrəvanın Moskvadan uzaqlaşma siyasəti nəticəsində ikitərəfli münasibətlərdə yaranan problemlər müzakirə ediləcək. Xüsusən də İrəvanın KTMT-dəki passiv üzvlüyü və Avrasiya İqtisadi İttifaqına olan marağının azalması və bunun əksi olaraq Avropa İttifaqına doğru sürətlə meyillənməsi ətrafında ciddi müzakirələr gedəcək. Lavrov bu məsələdə Kremlin mövqeyini İrəvana çatdırmaqla Paşinyan iqtidarını Qərbdən uzaqlaşaraq yenidən tamamilə Moskvanın çətiri altına keçməsi şərtini irəli sürəcək. Paşinyan iqtidarının Kremlin şərtlərini qəbul etməyəcəyi təqdirdə, nəticənin heç də yaxşı olmayacağını İrəvanın diqqətinə çatdıracaq.

Nəzərə alsaq ki, 2026-cı ilin yayında Ermənistanda növbəti parlament seçkiləri və bunun ardınca Konstitusiyaya dəyişiklərlər bağlı referendumun keçirilməsi nəzərdə tutulur, o zaman İrəvan Kremlin şərtlərini qəbul etməyə məcburdur və başqa yolu da yoxdur. Amma necə? Bax əsas məsələ budur. Çünki İrəvan onu da yaxşı anlayır ki, Qərb və xüsusən də Brüsselin onlara dəstəyi yetəri səviyyədə deyil. Belə olan şəraitdə İrəvanın Kremlin təzyiqləri qarşısında tab gətirməsi elə də asan olmayacaq. İndi Paşinyan iqtidarını da düşündürən budur ki, manevrlər etməklə ən azından qarşıdakı seçkilərədək Kremllə oyunlardan maksimum qələbə ilə çıxsın.

Kreml də bunu yaxşı bildiyindən Paşinyan iqtidarının manevr imkanlarının qarşısını almaq üçün profilaktik addımlar atmalı olacaq. Paşinyan şərtləri qəbul etməyəcəyi təqdirdə, onu hətta güc yolu ilə olsa da, hakimiyyətdən uzaqlaşıdrmaq barədə xəbərdarlığını verəcək. Demək olar ki, Moskva artıq bu istiqamətdə hərəkətə keçib və İrəvana qarşı təzyiqlərini davamlı olaraq artırmaqdadır. Gümrüdə keçirilən bələdiyyə seçkiləri, təzyiqlər nəticəsində Paşinyanın Moskvada 9 may paradında iştirakı bunun göstəricisi hesab etmək olar. 


İkincisi, Kreml İrəvan-Bakı, İrəvan-Ankara münasibətlərinin inkişaf edib bölgədə yeni situasiya yartamasına imkan verən mərəhləyə keçməsində maraqlı deyil və bunu istəmir. Moskva hesab edir ki, İrəvan-Bakı, İrəvan-Ankara münasibətlərinin inkişafı bölgədə yeni şəraitin yaranması ilə nəticələnə bilər və bu zaman Kreml bölgəyə təsir imkanlarından məhrum olar. Qeyd edək ki, Tehran da münasibətlərin bu səviyyə qalxmasından narahat olduğundan bu məsələdə Moskva ilə eyni düşüncədədir. Bu baxımdan da Moskva və Tehran hər vasitə ilə İrəvan-Bakı, İrəvan-Ankara münasibətlərinin daha yüksək səviyyəyə çıxmasına süni əngəllər yaratmaqdadırlar.  

Moskva və Tehran hesab edir ki, İrəvan-Bakı-Ankara arasındakı məsələlər həllini taparsa, hər iki ölkənin nəinki Cənubi Qafqazda, Mərkəzi Asiya və digər bölgələrdə də təsir imkanları azalacaq və ya bundan məhrum olacaqlar.  

Burada digər məqam da ondan ibarətdir ki, Moskva və Tehran Ankaranın mövqelərinin möhkəmlənməsinə Qərbin Cənubi Qafqazdakı mövqelərinin təmsilçisi kimi yanaşmasıdır. 
Zəngəzur dəhlizi ilə bağlı proseslərin reallaşmamsında da bu ölkələrin müstəsna rolu var.
Ona görə də Moskva həm İrəvanla Bakı arasında dayanıqlı sülhün əldə edilməsinə, həm də İrəvan-Bakı-Ankara arasında sıx əməkdaşlıq münasibətlərinə xidmət edən münasibətlərin qurulmasına qarşı çıxır. Lavrovun İrəvana səfərini bu prizmadan da dəyirləndirmək lazımdır.

Moskva bölgədə təsir imkanlarını saxlamaq üçün İrəvanla Bakı arasında dayanıqlı sülhə, həm də İrəvan-Bakı-Ankara münasibətlərinin normallaşmamasına imkan verməmək üçün Ermənistan konstitusiyasına dəyişikliyə imkan verməyəcək.  Moskva bu məqsədlə revanşistlərə dəstək verməklə Paşinyanın mövqelərinə zərbə vurub zəiflətməklə buna nail olmağa çalışacaq. Qeyd edək ki, bu prosesdə Tehran da Moskvaya dəstək verəcək.

Baxmayaraq ki, Moskva və Tehran sözdə İrəvanla Bakı arasında sülhdə maraqlı olmalarını bəyan etsələr də, amma reallıqda bunu istəmirlər. O baxımdan da Lavrovun səfərini təkcə İrəvanı Moskvanın yenidən öz orbitinə qaytarmaq kimi yox, həm də bölgədə dayanıqlı sülhə, sabitliyə, təhlükəsizliyə və sıx inteqrasiya olunmuş əməkdaşlığa süni əngəlin yaradılması kimi yanaşmaq lazımdır.

Mürtəza
Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 May 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri