Icma.az
close
up
RU
Bəzən süd məhsulları uyğun temperaturda saxlanmır və ya texniki şərtlər pozulur

Bəzən süd məhsulları uyğun temperaturda saxlanmır və ya texniki şərtlər pozulur

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinin məlumtına görə, "Danone" MMC ləğv olunduğunu elan edib. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına bildirə bilərlər. Xatırladaq ki, "Danone" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 390 min manatdır. Şirkət süd məhsulları sektorunda tanınmış brendlərin Azərbaycana idxalı ilə məşğul olub. Sözügedən qida şirkətinin məhsullarının keyfiyyəti ilə bağlı iddialar da var.
Mövzu ilə bağlı Demokrat.az-a danışan qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov açıqlama verib. O qeyd edib ki, bəzi müəssisələr beynəlxalq standartlara uyğun fəaliyyət göstərir:
“Məsələn, HASP sertifikatı ilə təchiz olunub və ya ISO qaydalarına uyğun işləyirlər. Bu da o deməkdir ki, xammalın keyfiyyəti, sanitariya normalarının qorunması və məhsulların saxlanma şəraiti baxımından ciddi nəzarət həyata keçirilir. Bu cür qaydalara əməl etmək bəzi müəssisələrdə özünü doğruldur. Amma bir müəssisənin fəaliyyətinin dayanması və ya bağlanması yalnız məhsulun keyfiyyəti ilə bağlı olmaya bilər. İqtisadi səbəblər də mühüm rol oynayır. Məsələn, bazarda rəqabət apara bilməmək, idxal məhsullarının qiymətinin artması, daxildə yaşanan çətinliklər və ya maliyyə xərclərinin yüksəlməsi şirkətin iflasa uğramasına və nəticədə həmin müəssisənin bağlanmasına səbəb ola bilər. Reputasiyanın zəifləməsi işçilərin sayında azalma ilə nəticələnə bilər. Məsələn, əgər əvvəl 32 işçi ilə bu işi görə bilirdinsə, indi işçi sayı azalır və bu da məhsulun keyfiyyətinə təsir edir. Burada bir çox amillər rol oynaya bilər. Buna görə də süd və süd məhsulları sektorunda həm dövlət, həm də özəl sektor tərəfindən birgə tədbirlərin həyata keçirilməsi vacibdir. Bu tədbirlər texnologiyanın yenilənməsi, standartlara uyğunluğun gücləndirilməsi, yerli məhsulların keyfiyyətinin artırılması və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində olmalıdır”. 
Mütəxəssis əlavə edib ki, yalnız bu yolla Azərbaycan süd sənayesi davamlı inkişaf edə bilər:
“Ümumilikdə Azərbaycanda süd və süd məhsullarının istehsalı sahəsində müəyyən inkişaflar müşahidə olunsa da, hələ də bu sahədə bir sıra problemlər mövcuddur. Son illərdə istehsal həcmi artsa da və bazarda müxtəlif yerli şirkətlər fəaliyyət göstərsə də, beynəlxalq səviyyədə tanınmış şirkətlər məsələn, Danone kimi bu bazarda azlıq təşkil edir. Bu isə bir tərəfdən istehlakçıların inamına, digər tərəfdən isə ixrac potensialına mənfi təsir göstərir. İstehsalın genişlənməsinə baxmayaraq, keyfiyyət məsələsi aktual olaraq qalır. Xüsusilə xammalın, yəni südün toplanması, saxlanması və emalı zamanı gigiyena və sanitariya qaydalarına tam şəkildə riayət olunmaması müşahidə edilir. Bəzən süd məhsulları uyğun temperaturda saxlanmır və ya texniki şərtlər pozulur. Bu kimi hallar məhsulun keyfiyyətinə və insan sağlamlığına ciddi təsir göstərə bilər. Beynəlxalq standartlara uyğunluq isə yalnız sertifikatlarla deyil, həm də davamlı nəzarətlə təmin edilməlidir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri