Icma.az
close
up
RU
Lavrovun “quş”undan rus mediasının “bayquş”luğunadək

Lavrovun “quş”undan rus mediasının “bayquş”luğunadək

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Moskvanın dost itirən vaxtıdırmı? Hər şey Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında bildirdiklərindən sonra başlandı. Kremlin baş diplomatı karyerası ərzində, bəlkə, ən ağlagəlməz paralel apardı. O, Rusiya-Azərbaycan münasibətlərindən söz açarkən, AZAL-ın təyyarəsinin vurulması ilə 2020-ci ildə Rusiyaya məxsus hərbi helikopterin Naxçıvan istiqamətində vurulmasını eyniləşdirdi. Bu, azmış kimi, ictimai rəyi çaşdırmağa çalışaraq, AZAL-ın təyyarəsinin “qara qutu”sunun, guya, yayılmış versiyaları inkar edən məlumatlar verdiyini vurğuladı.

Meydana elementar sual çıxır: Lavrov nəyə görə 2020-ci ildə Azərbaycan tərəfindən vurulmuş helikopterlə bağlı məsələni yada salır? Qəribəlik ondadır ki, Rusiya XİN başçısı helikopter olayını xatırlamaqla, özü də fərqinə varmadan AZAL-ın təyyarəsinə kənar təsirin göstərildiyini etiraf edir və təxminən belə deyir: Biz indi təyyarəni vurmuşuq, siz də beş il əvvəl helikopteri vurmuşdunuz. Biz problem eləmədik, siz də etməyin. Dünyasını dəyişənlərə gəlincə, onların canı cəhənnəmə?! 

Bəli, Rusiya XİN başçısı məhz belə qəddar məntiqdən çıxış edir. Çıxış edir və ardınca ölkənin qaragüruh mediası işə düşür və təyyarəni, “gah quşlarla” toqquşdurur, gah da qaz balonunu partladır. İstər-istəməz yada futbol üzrə Şimali Koreya millisinin, guya dünya çempionu olmasına dair yerli medianın yaydığı məlumatlar düşür. Təsəvvür edin, ölkədə internet yoxdur, çox az adamın dünyanın informasiya məkanına çıxışı var, futbol millisinin mundialda “qalib gəldiyini” eşidən koreyalılar toy-bayram edirlər. Allaha şükür ki, Rusiya hələlik Şimali Koreya deyil. Ölkədə internetə çıxış imkanı var.

Hər kəs hər şeydən xəbərdardır və sair. Belə bir vəziyyətdə Rusiyanın bəzi kütləvi informasiya vasitələrinin yuxarının “fas” komandasına verdiyi reaksiya, həqiqətən, anlaşılmır. Yəni, rus mediası nəyi tirajladığının fərqində deyil? Görəsən, Rusiyada təyyarəmizin “quşlarla toqquşub” qəzaya uğradığı cəfəngiyyatına inanan nə qədər adam var? Ölkə mediası yerli ictimaiyyəti, bütövlükdə rus cəmiyyətini bu qədərmi avam sayır? Lavrovun “informasiya idrar[1]çılığı” ilə gülünc duruma düşmək lazımdır?

Tipik yalançılarda belə bir xüsusiyyət var. Onlar yalanı o qədər təkrarlayırlar ki, axırda özləri də ona inanırlar. Deyəsən, Moskvanın “təbliğatçıları” eyni yolla gedirlər. Həm özlərini, həm də rus xalqını aldatmaq istəyirlər. Yaxşı tutalım, yerli əhalini inandırdılar. Qazancları nə olacaq? Bu qədər cəfəngiyyat tirajlamaq təyyarə olayına görə düz əməlli üzrxahlıq etməmək və kompensasiya ödəməmək üçündür? Təyyarəni fəlakətə sürükləyənləri müəyyənləşdirib onlara cəza kəsmək beləmi çətindir? Yoxsa, günahkarlar Rusiya üçün vazkeçilməz şəxslərdir? Normal insan düşüncəsi bu sayaq sualların qarşısında acizdir. Nə deyəsən?

Amma bir halda ki, ortada Lavrovun apardığı “paralel” var, o zaman biz də bəzi məqamları vurğulayaq. Məlumdur ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanıb. Rusiyaya məxsus helikopter isə noyabrın 9-da saat 18:30-da vurulub. Yəni müharibənin hələ davam etdiyi bir dövrdə. Sual olunur: helikopter Ermənistan-Azərbaycan sərhədinin Naxçıvana yaxın hissəsində nə gəzirdi?

Bəlkə Rusiya özünün hakim rol oyna[1]dığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistana müharibədə kömək göstərmək istəyirdi? Ağla hər cür versiya gəlir. Gəlməyə bilməz. Çünki hələ müharibənin qızğın fazasında Ermənistan tərəfindən Azərbaycana, o cümlədən Bakıya tuşlanmış uzaqmənzilli raketlərin çıxış nöqtəsinin Gümrüdəki 102-ci rus hərbi bazası olduğuna dair fikirlər dolaşırdı. Hərçənd, Azərbaycan dövləti həmin vaxt məsələyə təmkinli yanaşdı. Helikopter olayına da həmçinin. 

Həqiqətən, rus sülhməramlılar Qarabağda yerləşdirilməmiş, aktiv hərbi əməliyyatların getdiyi bir vaxtda Rusiyaya məxsus hərbi helikopter hansı məqsədlə Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında peyda olmuşdu? Niyə uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilmişdi? Nəhayət, rus helikopterinin erməni hərbi kolonunu müşayiətində məqsəd nə idi? Axı Azərbaycan Ermənis tan ərazisinə hücum etməmişdi ki, KTMT üzvü kimi ikincinin müdafiəsinə ehtiyac yaransın. Moskva zəhmət çəkib suallarla bağlı müvafiq izahat versin. Amma bu dəfə “quş buraxmasın”. Çünki bir qayda olaraq, Rusiya “quş” deyil, “xoruz bu[1]raxır” və bu mənzərə kənardan çox eybə[1]cər görünür. 

Bəli, hərbi əməliyyatlar bitməmiş sərhədə yaxınlaşan naməlum helikopter legitim hədəf idi. Buna baxmayaraq, Azərbaycan dövləti konfrontasiyaya getmədi, Lavrov kimi söz oyunu oynamadı. Prezident İlham Əliyev rusiyalı həmkarı ilə telefon söhbətində üzrxahlıq etdi, üstəlik helikopterin tam qiyməti, həlak olan hərbçilərin ailələrinə kompensasiya ödənildi. Görəsən, Rusiya XİN başçısı bunları bilmir? Bilmirsə, ehtimal ki, həmin vaxt başı Ermənistana müharibədə kələkbazlıq köməyi göstərməyə qarışmışdı. 

Kələkdən söz düşmüşkən, görünür, son günlər Rusiyada artan anti-Azərbaycan ritorikası da məhz Lavrovun düşüncə tərzinin məhsuludur. Media ilə yanaşı[1] ölkənin müxtəlif dairələri sözügedən ritorika çərçivəsində söyüş və təhqirlərə yol verirlər. Deməli, təyyarəsi vurulan da biz, əndazəsiz yaramazların tənələrinə tuş gələn də biz?! Görünür, Rusiyasayağı ədalət budur. Başqa nə düşünəsən?

Amma düşünmək üçün digər məqam da var. Çünki məlum təyyarə olayı ilə bağlı Rusiya mediası 2023-cü il antiterror əməliyyatı zamanı Qarabağda rus sülhməramlılarının ölümü məsələsini də qabardır. Nəinki qabardır, üstəlik Rusiya və Ermə[1]nistanın müxtəlif kanallarında hadisə yerindən çəkilmiş fotolar yayılır, Azərbaycanın ünvanına ittihamlar səslənir və s. İş o yerə çatıb ki, Rusiyadakı ermənipərəst təşkilatlar da bəyanatlarında rus hərbçilərinin ölümündən söz açır və çalışırlar ki, Bakı və Moskva arasındakı hazırkı gərginliyi bir qədər də körükləsinlər. Onlarla işimiz yoxdur, amma gərək bu xüsusda da bəzi məsələlər nəzərə alınsın.

Ola bilər, indi diqqətə çatdıracaqlarımız Rusiyada kimlərinsə xoşuna gəlməyəcək. Çünki erməni təəssübkeşliyinə sadiqdirlər. Amma həqiqətlər açılmalıdır. Məsələn, bilinməlidir ki, Azərbaycan lokal xarakterli antiterror tədbirlərinə başlamazdan əvvəl Rusiya tərəfini bu barədə məlumatlandırıb, məramı sülh olmayan sülhməramlılara əməliyyat zamanı gözə görünməməyi, gizləndikləri yerlərdə olmağı, kazarmalarda qalmağı bildirib.

Lakin naməlum səbəbdən bir neçə rus hərbçisi avtomobillə döyüş ərazisinə hərəkət edib. Azərbaycan Silahlı Qüvvələrinin təmsilçiləri isə onları erməni hərbçilər zənn edərək atəşə tutublar. Nəticədə ikincilər həyatlarını itiriblər. Görəsən, rus hərbçilərinin məqsədi nə idi? Kim və ya kimlər onlara yerlərini tərk etmələri barədə göstəriş vermişdi? Hər halda boşuna çıxmazdılar...

O da məlumdur ki, antiterror tədbirlərinədək rus sülhməramlılarının başlıca “missiyası” Ermənistandan Qarabağ separatçılarına silah-sursat daşınmasını təmin etmək olub. Onlar bölgəyə yön alan neçə[1]neçə hərbi avtomobil karvanına bələdçiliyi həyata keçiriblər. O zaman belə düşünmək mümkündür ki, Azərbaycanın xəbərdarlığına məhəl qoymayıb yerlərindən çıxanlar da eyni məqsəd üçün hərəkətə gəliblər. İnsan duran yerdən niyə özünü ölümə atsın ki? 

Lakin Azərbaycan tərəfi yenə Rusiya ilə ziddiyyətlərə getmədi, hadisəyə görə Prezident səviyyəsində üzrxahlıq olundu və müvafiq tədbirlər görüldü. İndi Azərbaycanın eyni alicənablığı Rusiyadan gözlədiyini anlayanlar yoxdurmu? Görünür, yoxdur. Deməli, belələri heç bir dəyərləri gözləmirlər. Əlbəttə, gözləmirlər ki, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar.

Sonda qeyd edək ki, ölkəmiz, həmişəki kimi, öz prinsiplərində qətidir. Prezident İlham Əliyev də bildirib ki, Rusiya tərəfi AZAL-ın təyyarəsinin vurulduğunu etiraf etməlidir. Daha doğrusu, üzrxahlığın motivi aydın şəkildə bildirilməlidir. Yəni, hazırda hadisənin Rusiya səmasında baş verməsinə görə edilmiş üzrxahlıq konkret deyil. Eyni zamanda, zərərçəkmişlərə kompensasiya ödənilməli və günahkarlar cəzalandırılmalıdırlar. Bunlar olmayacaqsa, deməli, Rusiya qeyri-dost mövqe tutur. Bu yolu seçənlər anlamalıdırlar ki, Azərbaycanla münasibətlərdəki əvvəlki ab-hava qalmayacaq. Dostluqdan söz düşmüşkən, son illər Rusiyanın barmaqla sayılacaq dostu qalıb. Yaxşı olar ki, Kremlə məxsus beyin mərkəzləri bu məqamı nəzərə alsınlar və Azərbaycanı qaralamaq kimi həyasızlığın daşını atsınlar. Kimisə qorumaq, kimlərinsə əməlini ört-basdır etmək yönümlü davranışlarının, özlərini yüksək tutmalarının, qarşılarındakıları heçə saymağa hesablan[1]mış hərəkətlərinin yekunda nəyə gətirib çıxaracağını ətraflı götür-qoy etsinlər. Zəhmət çəkib dost Azərbaycanı itirməyin astanasında dayandıqlarının da fərqinə varsınlar.

Ə.RÜSTƏMOV 

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri