Icma.az
close
up
RU
Legioner limitinin ləğv edilməsi azərbaycanlı futbolçuların oynayıb oynamamasına təsir etməyəcək

Legioner limitinin ləğv edilməsi azərbaycanlı futbolçuların oynayıb oynamamasına təsir etməyəcək

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Qarabağ"ın sabiq futbolçusu Təbriz Həsənov Sportal.az saytına açıqlama verib. O, Juninyo Olavio, Julio Romao və Riçard Almeydanın Ağdam klubundan ayrılığına münasibət bildirib:

"Təbii ki, Romao və Juninyonun gedişi “Qarabağ” üçün itkidir. Onlar əsas heyət üzvləri idi. Hər ikisinin də komandanın qələbələrində böyük əməyi olub. "Qarabağ" avrokuboklardakı çıxışını dayandırıb. Azərbaycan çempionatında isə digər klublarla xal fərqi yüksəkdir. “Qarabağ” Romao və Juninyosuz da çempionatın sonuna qədər rahat oynaya bilər. Amma yeni mövsüm  Juninyo və Romaonun yerini doldurmaq lazım olacaq. Hər halda, o səviyyədə və ya ondan da yaxşısını tapmalıdırlar. Yəqin ki, planlarında var və heyəti gücləndirəcəklər. 

Avropa Liqasında yeni format bir az istədiyimiz kimi alınmadı. Rəhbərlik və məşqçilər də gələn sezon üçün daha səviyyəli legionerlər axtarıb-tapacaqlar. Riçard Almeydanın komandadan gedişinə gəlincə, o, əvvəlki formasını saxlaya bilmir. Bu da normaldır, əvvəlki yaşında deyil. Yəqin ki, özü də getmək istəyib. Çünki qarşılıqlı razılaşma var idi. Hər halda, Almeydaya neçə illər Azərbaycanda göstərdiyi oyununa və çəkdiyi əziyyətə görə təşəkkürümüzü bildiririk. Yaxşı futbolçu olub, yolu açıq olsun”.

Azərbaycan çempionunun keçmiş futbolçusu Kadi Borgesin geri qayıdışına da fikir bildirib: “Kadi Borgesin qayıdışı sevindiricidr. O, "Qarabağ"dan ayrılanda pik formasında idi. Ancaq düzü, ondan sonra "Krasnodar"da, "Ferentsvaroş”da oyununu izləməmişəm. Sadəcə onu xatırlayıram ki, "Qarabağ"dan gedəndə çox yaxşı formada idi. Onun qayıdışı komandanın xeyrinədir. Amma daha güclü qayıdıb-qayıtmadığını zaman göstərəcək. Son görüşdə asist etdi, qol vurdu, sevindiricidir. Qarşıdakı oyunlarda Kadini daha yaxşı görəcəyik, bacarıqlı və keyfiyyətli futbolçudur. "Qarabağ"dakı əvvəlki formasını yəqin bərpa edəcək, ondan da yaxşı olacaq. Buna ümid edirik”.

“Sabah” futbol akademiyasında koordinator kimi çalışan Həsənov AFFA-nın yeni sezon üçün Premyer Liqada legioner limitini ləğv etməsi haqda bu cür danışıb: “Premyer Liqada klub sayının 12-yə yüksəldilməsi sevindiric haldır. Yəqin ki, ildən-ilə komanda sayı artacaq. İstəyərdik ki, komandanın sayı çoxaldıqca, keyfiyyət də artsın. Legioner limitinin ləğv edilməsi azərbaycanlı futbolçuların oynayıb-oynamamasına təsir etməyəcək. Yaxşı futbolçu istənilən komandada oynayacaq, legionerlərlə rəqabət aparacaq. Düşünmürəm ki, 12 komandanın hamısı da legioner limitinin ləğv edilməsindən istifadə edəcək. Maksimum 4-5 komandamız bundan yararlanacaq. Azərbaycanlı futbolçular oynamağa yer də tapacaq. Bəlkə də, yerlilərin xarici liqalarda iştirak etməsi bundan sonra daha rahat olacaq. Təbii ki, top-liqaları demirəm. Amma istənilən halda, Avropaya yollanaraq oralarda oynaya bilərlər. Üstəlik, Azərbaycan Birinci Liqasının da da səviyyəsi yüksələcək. Premyer Liqada oynaya bilməyənlər orada iştirak edəcəklər. Bunlar hamısı kompleks şəkildə olan məsələlərdir, hər şey yavaş-yavaş öz əksini tapacaq. Çünki bu strategiya hər şeyi əhatə edir. Premyer Liqada legionerlərin artması ilə komandaların və çempionatımızın səviyyəsi yüksələcək. İddialı komandalarımız var ki, avrokuboklarda özlərini yaxşı tərəfdən göstərəcəklər. Çünki səviyyəli legionerlər gətirmək məcburiyyətində qalacaqlar. Yaxşı, istedadlı yerli futbolçular hər zaman oynamağa yer atapacaqlar. Ən azından xaricə də qapılar açıqdır, istədikləri liqalarda gedib oynaya bilərlər. Öz üzərilərində daha çox çalışmalıdırlar”.
 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri