Icma.az
close
up
RU
Legioner limitinin ləğvi klubları gücləndirdimi? avrokuboklardakı nəticələr bunu göstərmədi

Legioner limitinin ləğvi klubları gücləndirdimi? avrokuboklardakı nəticələr bunu göstərmədi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Araz-Naxçıvan”ın “Aris”i, “Sabah”ın “Petrokub”u mübarizədən kənarlaşdırması, “Zirə”nin məğlub olsa da, “Hayduk”la qarşı əzmkar oyun göstərməsi futbol ictimaiyyətində artıq “Qarabağ”dan başqa digər klublarımızın da mərhələ keçməyə qadir olmasıyla bağlı təsəvvür formalaşdırmışdı. Lakin tezliklə daşlar yerinə oturdu, 3-cü təsnifat mərhələsinin cavab oyunlarında qeydə alınan nəticələr hər kəsi məyus etdi. Uğurlu nəticələrdən sonra mütəxəssislər legioner limitinin ləğvini də inkişafa yol açan səbəblərdən biri kimi göstərmişdi.

Bəs nə baş verdi, həqiqətənmi legioner limiti inkişafa yol atan amildi? Bu sualı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqova ünvanladıq:

Hər işdə istər-istəməz zamana ehtiyac var. Təhlillər aparılmalıdı. Atılan addım onun üçündü ki, Azərbaycan futbolunda rəqabət artsın. Birdən-birə böyük sıçrayış haqda düşünmək olmaz. Ən vacib olan odu ki, klublarımız avrokubok yarışlarında rəqibləri ilə başabaş oynasın. Əslində bu oyunla da bunu göstərirlər. Yenə deyirəm, böyük uğurlar üçün zamana ehtiyac var. Bir iş görəndə dərhal bəhrə ummaq olmaz. Səbirli olmaq lazımdı. İstənilən addımda vaxt vacibdi. Aşağı yaş qruplarından başlayan problemlər düzəlməlidi. Klublarda edilən islahatlar, gətirilən futbolçuların keyfiyyəti onu göstərir ki, klublarımız yaxşı iş görür. İstənilən uğurlu nəticəyə addım-addım çatılır. “Neftçi”nin yaxşı legionerləri var. Amma komandanın formalaşması, futbolçuların bir-birinə uyğunlaşması üçün vaxta ehtiyac var. “Sumqayıt”, “Şamaxı”, “Araz-Naxçıvan” da yaxşı futbolçular transfer edib. Bu onu göstərir ki, bu mövsüm çempionata rəng qatan futbolçuların sayı çox olacaq. Rəqabət artacaq və klublarımızın yolu inkişafa-tərəqqiyə doğru gedəcək. Yerli futbolçular isə legionerlərlə başabaş mübarizə aparmalıdı, qalib gəlməlidi. Rəqabətə hazır olmalıdılar”.

Vaqif Sadıqovdan Qırğızıstana gedən futbolçular haqda da soruşduq. Onlar düzgün qərar veribmi? Mütəxəssisin cavabı:

“Hər çempionata hörmət edirik. Onlar haqda nəsə deyə bilmərəm. Əsas odu ki, rəqabətə hazır olsunlar. Məsələn, Rüfət Abdullazadə Xorvatiya çempionatına gedib. Orda özünü inkişaf etdirib, güclü çempionatlara gedib Azərbaycanın gənc futbolçularına nümunə olmalıdı. Rüfət ilk oyunlarda oynamasa da, artıq meydana çıxdı. Fiziki cəhətdən tam hazır olandan sonra, yəqin ki, davamlı şəkildə oynayar. Aşağı liqalara getməkdənsə, ölkədə qalıb rəqabət aparmaq lazımdı. Daimi rəqabət olan yerdə inkiaf da var. Belə yerdə qalmaq lazımdı. İnkişafdan danışıqırsa, güclü çempionat da şərtdi. Əsas futbolçunun niyyətidi. Xaricdə legioner həyatı yaşayıb Azərbaycan futbolunu inkişaf etdirmək mümkündü. Bir futbolçumuz xaricə gedirsə, o da orda legioner hesab edilir. Ona görə özünü maksimum dərəcədə göstərməlidi. Niyyət özünün və Azərbaycan futbolunun inkişafı olsa, bir çox futbolçular uğurlu olar”.

MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Avqust 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri