Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan alüminiumu” ASC (VÖEN – 9900034091) ləğv olunduğunu elan edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti küçəsi, ev 6 ünvanında yerləşən Azərbaycan İnvestisiya Holdinqinin inzibati binasına bildirmələri istənilir.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 18 milyon 163 min 999 manat olan “Azərbaycan alüminiumu” ASC 2000-ci ildən fəaliyyət göstərir. Hazırda dövlət büdcəsinə 8 miyon 524 min 235 manat 25 qəpik vergi borcu olan “Azərbaycan alüminiumu” ASC-nin qanuni təmsilçisi Sədullayev Dəyanət Bayrambəy oğludur.
Onu da qeyd edək ki, bu ilin may ayında Azərbaycan İnvestisiya Holdinqində baş icraçı direktorun müavini vəzifəsinə təyin olunan Dəyanət Sədullayev eyni zamanda “PAŞA Holdinq” MMC-nin baş direktorunun müavinidir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Məşhur distribütor şirkətinin 3,3 milyon manat vergi borcu yaranıb
09 Aprel 2026 11:07
Məşhur tütün şirkətinin 844 min manat vergi borcu var
21 Avqust 2025 17:55
Azərbaycanın məşhur idxalçı şirkətinin 17 milyon vergi borcu var
19 Noyabr 2025 17:09
10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var
23 Sentyabr 2025 13:49
Məşhur gəmçilik şirkətinin 1,2 milyon manata yaxın vergi borcu var
21 İyun 2025 21:00
Baxış sayı:241
Bu xəbər 07 İyul 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















