Icma.az
close
up
RU
Ləmanın müalicəsinə 10 min yığılıb: Ailə kömək gözləyir

Ləmanın müalicəsinə 10 min yığılıb: Ailə kömək gözləyir

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Yasamal rayonunda baş vermiş yanğın zamanı həyatını itirən "Bakı Milli Geyim Evi"nin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi uzun müddətdir Türkiyədə davam etdirilir.

Yanğın zamanı tüstüdən ağır zəhərlənən Ləman Qulamovanın qida ilə nəfəs borusu (traxeya) arasında yaranan ciddi problem səbəbindən Türkiyədə bir neçə ağır əməliyyat keçirib. Hazırda onun müalicəsi davam edir və bunun üçün böyük məbləğdə vəsait tələb olunur.

Müalicə xərclərinin ağırlığından ailə daha əvvəl də ölkə rəhbərliyinə müraciət edib. Ləman Qulamovanın müalicəsinə dəstək məqsədilə sosial şəbəkələrdə ailənin bank kartı məlumatları paylaşılıb.

Bəs hazırda Ləmanın vəziyyəti necədir?

“Cebheinfo.az”-a açıqlamasında Ləmanın xalası Maya xanım bildirib ki, Ləmanın sağlamlığına qouşmasını böyük ümüdlə gözləyirik:

“Ləmanın müalicəsi hazırda Türkiyədə davam etdirilir. Müalicə çox böyük xərc tələb edir. Bir müddət əvvəl paylaşdığımız kart hesabına müəyyən qədər yardım olundu.

Amma toplanan təxminən 10 min manat müalicə xərclərinin yalnız çox cüzi hissəsini qarşılaya bildi. Hazırda həkimlərin rəyinə görə, qarşıda bizi 70-100 min manat dəyərində əməliyyat və müalicə xərcləri gözləyir.

Ləmanın vəziyyəti hələ də yaxşı deyil. Ləman ötən ilin noyabr ayından etibarən ağızdan qidalanmır. Həkimlərin göstərişinə əsasən o, nə yemək yeyə, nə su içə, hətta tüpürcəyini belə uda bilir.

Çünki ağızdan udulan hər hansı qida və ya mayenin ağciyərlərə keçmə riski var ki, bu da təhlükə yarada bilər. Məhz buna görə Ləmanın qidalanması və su ehtiyacı noyabr ayından bəri bağırsaq yolu ilə təmin olunur.

Buna görə də o, daim həkim nəzarətində olmalıdır. Çox ağır günlər yaşayırıq. Vaxtilə çox fəal, aktiv bir qız olan Ləman artıq səkkiz aydır xəstəxanadadır.

Biz onun diplomat olmasını xəyal edirdik. Amma bu gün o, xəstəxana otağında insanların yardımını gözləyir. Bu vəziyyət bizi psixoloji cəhətdən də çox sarsıdır”.

O qeyd edib kİ, bu xəstəlik çox fərqlidir, onu müalicə edən həkimlər də çox azdır:

“Hər həkim fərqli müalicə üsulu təklif edir. Biz istəyərik ki, müalicəsi ölkəmizdə də mümkün olsun. Bunun üçün Səhiyyə Nazirliyinin dəstəyi ilə xarici mütəxəssislərin Azərbaycana dəvət olunması çox böyük kömək olardı.

İndiyədək müəyyən dəstək göstərilib, təəssüf ki, bu kifayət etmir. Biz Prezidentimiz İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan və Səhiyyə Nazirliyindən kömək istəyirik. Ümid edirik ki, səsimizi eşidəcəklər və gənc bir qızın həyata qovuşmasına dəstək olacaqlar".

Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Ləman kömək

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyul 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri