Icma.az
close
up
RU
Lənkəranda təhsilin keyfiyyətinin artırılması ilə bağlı görüş keçirildi

Lənkəranda təhsilin keyfiyyətinin artırılması ilə bağlı görüş keçirildi

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Martın 15-də Elm və Təhsil Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Lənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüş iştirakçılarını salamlayan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ölkədə təhsil sahəsində aparılan islahatların vacibliyini vurğulayıb.

O, xüsusilə regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsinin yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə deyil, eyni zamanda müəllim hazırlığının, metodikanın və şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə mümkün olduğunu bildirib. Fariz İsmayılzadə çıxışı zamanı ölkədə və beynəlxalq arenada tətbiq olunan müasir təhsil modellərindən, ADA Universitetinin bu istiqamətdə həyata keçirdiyi layihələrdən və gələcək əmək bazarının tələblərinə uyğun kadr hazırlığının əhəmiyyətindən danışıb.

Sonra “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Təbriz Rzayev “Regional İnkişaf” İctimai Birliyinin inklüziv təhsilin təşviqi, bu sahədə müəllimlərin bilik və bacarıqlarının artırılması, aztəminatlı və digər həssas kateqoriyadan olan şəxslərin təhsilinə dəstəyin göstərilməsi, məktəblilərin düzgün ixtisas seçimi barədə maarifləndirilməsi, ali təhsil pilləsində ixtisasların təkmilləşdirilməsi və digər istiqamətlərdə mütəmadi layihələr həyata keçirdiyini bildirib, bugünkü görüşün də təhsil problemlərinin həlli və keyfiyyətinin artırılmasında önəmini vurğulayıb

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov isə təhsil sahəsində aparılan islahatların əhəmiyyətindən və bu kimi tədbirlərin regionlarda təhsil keyfiyyətinin artırılmasına töhfə verəcəyindən danışıb.

Daha sonra panel müzakirələrə start verilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında ali təhsil müəssisələrinin innovasiya və tədqiqat mərkəzləri kimi fəaliyyət göstərməsinin vacibliyindən bəhs edib. O, universitetlərdə elmi-tədqiqatların genişləndirilməsi, tələbələrin analitik və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi üçün yeni metodologiyaların tətbiqinin zəruriliyini qeyd edib.

ADA Universitetinin prorektor məsləhətçisi Anar Vəliyev universitet təhsilini inkişaf etdirməyin yolları, daha yaxşı araşdırma üsullarından danışıb. O, həmçinin, ADA Universitetinin beynəlxalq əməkdaşlıqları, xaricdə təhsil imkanları və tələbələrin qlobal trendlərə uyğun bilik və bacarıqlarla təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı balanslı karyera inkişafı, düzgün seçimlər etmək üçün özünüdərkin əhəmiyyəti, əmək bazarının gələcəyi barədə fikirlərini bölüşüb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev “Şagird nailiyyətlərinin inkişafında əsas problemlər” mövzusunda iştirakçılara məlumat verib.

Panel müzakirələr sual-cavab və müzakirələr ilə işini davam etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Mart 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri