Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

Lənkəranın yeni meyvə bağları

Lənkəranın yeni meyvə bağları

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəran rayonunun Girdəni kəndində Bakı-Astara avtomobil yolunun kənarında sıra ilə əkilmiş meyvə ağacları uzaqdan diqqəti cəlb edir. Yeni salınmış bağlar bu yerlərə xüsusi gözəllik verir, zövq oxşayır.

Vaxtilə boş qalmış, kol-kos basmış torpaqlar əməkçi əllərin zəhməti, hərarəti sayəsində cana gəlib, əsl gülüstana çevrilib. “Mriya” MMC tərəfindən 70 hektar ərazidə meyvə bağı salınıb. Həmsöhbətimiz təsərrüfatın aqronomu, təcrübəli kənd təsərrüfatı işçisi Ramiz Hüseynov barın ağırlığından budaqları əyilmiş ağacları göstərərək deyir:

– Sitrus meyvəçiliyi bölgəmizdə aqrar sektorun ənənəvi, yüksək rentabelli sahələrindən sayılır. Təsərrüfatın 34 hektarını da sitrus ağacları təşkil edir. Bundan əlavə, 15 hektar feyxoa, 7 hektar şaftalı, 1 hektar gilas, 1 hektar gavalı bağımız var. Daha 5 hektar sahədə ekzotik meyvə qrupuna daxil olan qaragilənin “Bluecrop” (mavigilə) növündən ibarət yeni, intensiv bağ salmışıq. Ümumilikdə, 8 növ meyvə yetişdirib ölkəmizin daxili bazarlarına çıxarırıq.

Mayın 25-də ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr edilmiş respublika müşavirəsi və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ərzaq təhlükəsizliyini gücləndirmək, aqrar sahənin inkişafı və rəqabət qabiliyyətliliyini artırmaq üçün geniş imkanlar açıb. Kollektivimiz Dövlət Proqramını rəhbər tutaraq yeni vəzifələr müəyyənləşdirib. Müasir texnologiyaya əsaslanan, intensiv meyvəçiliyin inkişafı ilə əlaqədar bağların ərazisini genişləndirməyi nəzərdə tutmuşuq. 16 hektar sahədə yeni bağ salmaq üşün tinglərimiz var. Kivi ağacları yetişdirməklə subtropik meyvəçiliyin də inkişafına töhfələrimizi vermək fikrindəyik. Bundan əlavə, aqroturizmlə məşğul olmaq üçün kifayət qədər imkanlar mövcuddur.

Mövsüm ərzində 8 ton gilas, 10 ton şaftalı tədarük etmişik. Məhsulun satışı üçün bazar, soyuducu anbar və emal sexi olmadığından feyxoanın, şaftalının, gilasın və digər meyvələrin, təxminən, yarısı yerdə qalır, keyfiyyətini itirir. Nəticədə, müəssisəyə böyük məbləğdə ziyan dəyir.

Müəssisəmizdə 30 nəfər daimi işçi çalışır. Məhsul yığımının qızğın çağında isə “Mriya” MMC 100 nəfəri işlə təmin edir. Onların aylıq əməkhaqqı 600-800 manata çatır. Bir sözlə, təsərrüfatımız artıq neçə-neçə ailənin qazanc, dolanacaq yerinə çevrilib.

İşçilərdən bir neçəsi ilə həmsöhbət olduq. Uzun müddət iş axtarışında olduğunu bildirən Girdəni kənd sakini Sülhanə Şəfiyeva dedi:

– Sağ olsun “Mriya” MMC-nin rəhbərliyi, məni və bacım Saçlını da işlə təmin etdi. Meyvə yığır, çeşidləyir, qablaşdırırıq. Qazancımız da yaxşıdır. Təkcə bizim kənddən 30 nəfər burada özünə iş tapıb...

Müəssisənin qayğıları da az deyil. İntensiv üsullarla yeni bağlar salmaq, ekoloji cəhətdən təmiz, keyfiyyətli məhsul istehsalını artırmaq, aqroturizmi inkişaf etdirmək üçün torpaq sahəsinə, soyuducu anbarların və emal sexlərinin tikilməsinə böyük ehtiyac vardır. Əlaqədar təşkilatlar müəssisənin çətinliklərinə, üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, qayğı və köməyini əsirgəməməlidir.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri