Lətifə İbadova Türkiyədə qətlə yetirildi
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin İstanbul şəhərinin Kağıthane bölgəsində Azərbaycan vətəndaşı olan 57 yaşlı Lətifə İbadovanın meyiti yaşadığı mənzildə aşkar edilib. Hadisə avqustun 9-da günorta vaxtı qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" nəşri yayımlayıb.
Qeyd olunur ki, meyitə ilkin baxış keçirilərkən üzərində hər hansı zorakılıq, zərbə və ya kəsici alət yarası tapılmayıb. Qadının hansı səbəbdən dünyasını dəyişdiyi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.
Hüquq-mühafizə orqanları L.İbadova ilə eyni evdə qalan Fərhad adlı şəxsin axtarışlarına başlayıb. Bildirilir ki, həmin şəxs polisə məlumat daxil olmamışdan təqribən 15 dəqiqə öncə mənzili tərk edib.
Hadisə yerində narkotik olduğu ehtimal edilən maddə də aşkarlanaraq ekspertizaya göndərilib. Prokurorluq qadının ölümü ilə bağlı araşdırmaya başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Avqust 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















