Levandovski “Barselona”da necə qala bilər?
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Robert Levandovski gələn mövsüm də “Barselona”da oynaya bilər. İspaniya klubunun rəhbərliyi hücumçu ilə müqaviləni yeniləmək fikrindədi.
"Football-plus.az" xəbər verir ki, rəhbərlik 37 yaşlı forvarda maaşın əhəmiyyətli dərəcədə azaldılması şərti ilə birillik müqavilə təklif edib. Polşalı hücumçunun Kataloniya klubundakı gələcəyini müəyyənləşdirən əsas məqam onun baş məşqçi Hans-Diter Flik ilə görüşü olacaq.
Mənbənin məlumatına görə, “Barselona” Levandovskinin cavabını aprelin sonuna və ya mayın əvvəlinə qədər gözləyəcək. Futbolçunun yeni müqavilə üzrə əməkhaqqının indiki ilə müqayisədə təxminən 50 faiz az olacağı bildirilir.
Robert bu mövsüm meydana çıxdığı 37 oyunda 16 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsinin müddəti bu yaya qədərdi.
Baxış sayı:136
Bu xəbər 16 Aprel 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















