Icma.az
close
up
RU
Levon Ter Petrosyanla bağlı dosyelər

Levon Ter Petrosyanla bağlı dosyelər

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Məxfilik” qrifi götürülmüş sənədlər nələri aşkara çıxarır?

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1988-90-cı illərdə çəkilmiş və indiyə qədər gizli saxlanılmış videoları, ABŞ Dövlət Departamenti tərəfindən məxfiliyi qaldırılmış gizli məktub və sənədlər dövrəyə buraxılıb. Bunları nə Azərbaycan, nə də Türkiyə edib. Ermənilərin özlərinin eşələyib ortaya çıxardıqlarıdır. Görünür, birinci prezidentin əsil simasının ortaya qoyulması kimlərəsə lazımdır.

Təbii ki, bu, indiyədək bilinməyən videolara, səs yazıları və bəzi gizli sənədlərə qədər onun haqqında belə düşünülməkdə idi ki, Ter- Petrosyan praqmatik siyasətçi olub, demokratdır, irqçi deyil, ona qarşı 1998-ci ildə haqsızlıq edilib, prezidentlikdən uzaqlaşdırılıb. Sonrakı illərdə Qarabağ xuntası tərəfindən onun hakimiyyətə yenidən qayıtmasına süni əngəllər törədilib və s. Amma 2018-ci ildə Ter- Petrosyanın Paşinyanın simasında hakimiyyətə qayıtdığını söyləyənlər də var. Onu Paşinyanın “xaç atası” kimi xarakterizə edənlər bu faktı əsas götürürlər ki, Nikol bir müddət Erməni Milli Konqresində məhz onun başçılığı altında siyasətlə məşğul olub və həmin qurumun rəhbəri Ter-Petrosyan olub.

Birinci prezident dəfələrlə xatırladıb ki, Paşinyan həm jurnalist, həm də siyasi xadim statusunda 90-cı illərdən bəri onun ən sərt və barışmaz tənqidçisi olub. 2007-2008-ci illərdə Erməni Milli Konqresi alyansının üzvü kimi fəaliyyət göstərib, həbsə atılıb. 2012-ci il parlament seçkiləri kampaniyasında iştirak edərək eyniadlı fraksiya tərkibində Milli Məclisin üzvü seçilib. Sonra müstəqil fəaliyyət göstərib. Baş nazir olandan sonra Ter-Petrosyanın “məsləhətlərinə” ehtiyac duymayıb və indi onu hakimiyyətə təhlükə görmədiyindən birinci prezidentlə heç bir problemi yoxdur. Bəlkə də Ter-Petrosyanı gözdən salmaq məqsədilə aparılan kampaniyalarda Paşinyan və onun “Mülki müqavilə “ partiyası iştirak etmir. Amma bilinən gerçək odur ki, Paşinyan komandası birinci prezidenti sonrakılardan ayırmır, bəzi məsələlərdə onları bir yerdə ittiham edir.

Amma bu dönəmdə erməni cəmiyyəti və mövcud siyasi elitası üçün Ter-Petrosyan fiquru niyə arzuolunmaz sayılmaqdadır? Görəsən, onun obrazı nə dərəcədə təhlükə törədir ki, son zamanlar keçmişini qurdalayıb, ifşaedici faktlar ortaya qoyulur? Bəlkə məqsəd bu şəxsin bir daha siyasət sözünü ağzına gətirməməsidir? Bəzi erməni politoloqlar bu fikirdədirlər ki, Paşinyanın reytinqi aşağı düşdükcə, siyasi səhnəyə Levon Ter-Petrosyanın çıxmaq ehtimalı var. Koçaryan və Sarkisyana xalqın nifrəti azalmır, ziyalı elitanın müəyyən qismi Ter-Petrosyanı dəstəkləyir. Onun keçmişində qüsur axtaranlar bu “təhlükəni” qabaqlamaq istəyirlər. Əlbəttə, indiyədək ictimaiyyətə məlum olmayan “kompramatlar”ın hansı məqsədlə və kimlər tərəfindən cəmiyyətin diqqətinə çatdırıldığı maraq doğuran sualdır. Yayılan videolardan biri onun nə dərəcədə irqçi olduğunu ortaya qoyur.

Gəlin Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terrorçu qruplaşması qarşısında etdiyi çıxışına diqqət yetirək. Levon deyirdi: “Biz Ermənistanı azərbaycanlılardan təmizlədik, “Artsax”ı da təmizlədik. Erməni xalqının son 600 ildə edə bilmədiyini siz etdiniz (könüllü hərbi dəstələri nəzərdə tutur). Biz Ermənistanı azərbaycanlılardan ona görə təmizlədik ki, onlar bizə hədəflərimizə çatmağa əngəl olacaqdılar. 170 min azərbaycanlı 3 rayonda çoxluq təşkil edirdi. Zəngəzur boyu da çoxsaylı idilər. Biz onları SSRİ dağılan kimi təmizləməsəydik, həmin bölgələrdə problemlər yaşayacaqdıq…”.

Bu o deməkdir ki, Qərbi Azərbaycan ərazisindən xalqımızın etnik təmizləməyə məruz qalması dövlət səviyyəsində və planlı şəkildə həyata keçirilib. Eyni zamanda, həmin videoda Ter-Petrosyan Azərbaycanda yaşayan ermənilərin də Ermənistana köç etməsinin də bir erməni siyasəti olduğunu etiraf edir: “Azərbaycanda Dağlıq Qarabağdan kənarda yaşayan 300 min erməninin Ermənistana gəlməsi bizə lazım idi. Onlar orada qalsaydılar, Azərbaycan girov kimi onlardan bizə qarşı istifadə edib tarixi missiyamızı gerçəkləşdirməyə qoymayacaqdılar”. Ter-Petrosyanın “tarixi missiya” dediyi nə idi? Əlbəttə, bu, Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi idi. Yayılan videolarda, o, “Qarabağ Komitəsinin” rəhbəri kimi İrəvan meydanında “Miatsum” deyə bağırmaqdadır. Bu tarixi audio-video yazıları yayanlar Ter-Petrosyanın irqçi xarakterini açmaqla onun hakimiyyət ehtiraslarının qarşısını almaq istəmişlər. Amma Azərbaycan üçün bu faktların nə dərəcədə əhəmiyyətli olacağını hesablamamışlar. Ter-Petrosyanın dedikləri Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətinin planlı şəkildə həyata keçirildiyini ortaya qoyur.

Sonrakı illərdə Ermənistan rəhbərliyinin siyasəti, əslində, dəyişmədi və Qarabağ məsələsində Ter-Petrosyanın manevrləri oldu. O, Azərbaycanın işğal edilmiş 7 rayonunun geri verilməsi tərəfdarı olub və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda özünün dediyi kimi, “Artsaxı xilas etmək” istəyib. Amma Qarabağ xuntası buna imkan verməyib və onu istefaya məcbur ediblər. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan istefa ərizəsini yazaraq bildirib ki, onu məlum qüvvələr buna məcbur ediblər: “İstefa qərarı vermişəmsə, inanın ki, bu, alternativi dövlətimiz üçün daha təhlükəli hesab etdiyim anlamına gəlir”. Fəqət, Ter-Petrosyan 4 dəqiqəlik istefa çıxışında həmin məlum qüvvələrin kimlər olduğunu, prezidentə qarşı belə bir tələb irəli sürmələrinin səbəbinə aydınlıq gətirməyib. O, bu sualların cavabını zamanın verəcəyinə eyham vurub.

İndi ABŞ Dövlət Departamentinin arxivlərində təkcə Ermənistan daxilindəki siyasi fikir ayrılıqlarına deyil, həm də beynəlxalq ictimaiyyətin bağlı qapılar arxasında irəli sürdüyü tələblərə dəlalət edən məxfi sənədlər ortaya çıxır. Olayların sonrakı inkişafı göstərir ki, əgər Ter-Petrosyan istefa verməsəydi, onun da taleyi 1999-cu ilin 27 oktyabrında parlamentdə qətl edilən baş nazir Vazgen Sarkisyan, parlament sədri Karen Demirçyan və daha 8 yüksək vəzifəli dövlət adamının, deputatların taleyi kimi olacaqdı. Bu gün yayılan məxfi sənədlər göstərir ki, o, istefa verməklə canını yaxşı qurtarıb. “Tsexakron” Partiyasının sədri, keçmiş dissident Şant Harutyunyan bu fikirdədir ki, bunu edənlər, gizli sənədləri yayanlar hakimiyyət təmsilçiləri deyillər, onlar iqtidara qarşı təhlükənin birinci prezidentdən gələcəyini düşünmürlər. Ehtimal ki, bu faktları ictimailəşdirənlər Qarabağ klanının üzvləridir. Çünki onlar Paşinyanın birinci prezidentin “şinelindən çıxdığını” dəfələrlə bəyan ediblər. Bu xüsusda “Modus Vivendi” mərkəzinin təsisçisi Ara Papayan deyib: “Cəmiyyətin müxtəlif təbəqələri baş naziri Ter-Petrosyanla əlaqələndirdiyi üçün, o, Paşinyanı “özündən uzaqlaşdırmaqla” onun mövqeyini gücləndirməyə çalışıb”. Amma maraqlısı odur ki, ortaya çıxan bir məktubda Ter-Petrosyan da etiraf edir ki, Paşinyanla şəxsi əlaqələri onun karyerasına mənfi təsir göstərə bilər deyə ondan uzaq durub”.

Əsas rəqiblər Koçaryan – Sarkisyan cütlüyü olduğundan hədəfi nişan almaq üçün nə lazımdırsa o da edilib. Bu məktub Ter-Petrosyanın Paşinyana böyük təsiri olduğunu düşünənlər üçün əhəmiyyətli rol oynamayacaq. Onlar yenə bu cür düşünməkdə davam edəcəklər.

(ardı var)

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Aprel 2025 02:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see335

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see237

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see232

“Ürək ritmi pozuntularının müalicəsində yeni mərhələ: qəfil ölüm riskini azaldan cihaz uğurla implantasiya edildi“ Yeni texnologiya

19 İyun 2026 22:43see217

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı Fotolar

20 İyun 2026 04:52see210

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see201

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see201

Gəncə polisi Xalq artistinə qarşı törədilən dələduzluqla bağlı araşdırmaya başlayıb

19 İyun 2026 23:39see189

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar Ac qaldıqlarına görə...

20 İyun 2026 02:36see187

GÜNÜN QOROSKOPU: Yeniliklərə açıq olun...

20 İyun 2026 00:31see182

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see181

Rubio gələn həftə Yaxın Şərqə səfər edəcək

20 İyun 2026 02:42see180

Kütləvi ixtisarlar Meta da böhran yaradıb

20 İyun 2026 05:44see180

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see177

Kanada Qətərlə oyunda bir ilki həyata keçirib

20 İyun 2026 06:15see176

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see175

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see172

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see169

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see161

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri