Icma.az
close
up
RU
Leyla Əliyeva COP29 çərçivəsində müzakirələrdə iştirak etdi Fotolar

Leyla Əliyeva COP29 çərçivəsində müzakirələrdə iştirak etdi Fotolar

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva IDEA İB və “Great Whale Conservancy” təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dəniz ekosisteminin sağlamlığında və iqlim dəyişikliyinin azaldılmasında dəniz məməlilərinin rolu” mövzusunda panel müzakirələrində iştirak edib.

Axşam.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Leyla Əliyeva dəniz canlılarının ekoloji balans və iqlim dayanıqlılığının təmin edilməsi baxımdan əhəmiyyətini vurğulayıb.

Dünyanın ən iri məməliləri olan balinaların karbon dioksidinin atmosferdə miqdarının azaldılmasında oynadığı rolu vurğulayan Leyla Əliyeva bildirib ki, 1985-ci ildə qüvvəyə minən müvafiq moratoriuma baxmayaraq, balina ovu hələ də bir sıra ölkələr tərəfindən davam etdirilməkdədir.

Daha sonra Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfəyə yaxın azalması panel iştirakçılarının diqqətinə çatdırılıb.

IDEA tərəfindən ötən 13 il ərzində icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva gənclər və geniş auditoriya üçün həyata keçirilən məlumatlandırma tədbirləri, könüllülərin iştirakı ilə baş tutan sahilyanı ərazilərin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və Xəzər dənizinin unikal biomüxtəlifliyinin qorunmasına yönələn bir sıra digər tədbirləri qeyd edib.

Panel müzakirələrinin davamında “Great Whale Conservancy” təşkilatının təsisçisi və direktoru Maykl Fişbax və Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin baş direktoru Tariyel Eybatov müxtəlif dəniz canlıları, o cümlədən balinaların və suitilərin dəniz ekosistemi üçün əhəmiyyəti və su hövzələrinin çirklənməsinin ətraf mühitə təsiri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://axsam.az
archiveBu xəbər 19 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see332

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see246

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see201

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see142

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see137

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see117

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see114

Hərdən Allaha çığırmaq istəyirəm ki, mən niyə...

03 Sentyabr 2025 23:27see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri