Icma.az
close
up
RU
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib

Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühit Naminə Qlobal Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 21-də COP29 Sədrliyi, IDEA İB və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) birgə təşkilatçılığı ilə baş tutan “Qlobal liderlərin dialoqu: Təbiət üçün müsbət gələcəyə nail olmaq məqsədilə iqlim fəaliyyəti və biomüxtəlifliyin qorunması və Paris Sazişinin məqsədlərinə uyğunlaşdırılması” mövzusunda panel müzakirələrində iştirak edib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva qonaqları salamlayaraq iqlim dəyişmələri və biomüxtəlifliyin itirilməsinin planetimizə vurduğu zərərin miqyaslarını vurğulayaraq beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edib. Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda bir sıra heyvan növləri, o cümlədən Xəzər pələngi və Asiya şirinin keçmişdə yaşadığı, lakin nəslinin tükənməsi barədə tədbir iştirakçılarına məlumat verildi.

Leyla Əliyeva qeyd etdi ki, 2011-ci ildən etibarən IDEA İB tərəfindən ölkəmizin unikal təbiəti və ekoloji balansın qorunması məqsədilə bir sıra layihə və tədbirlər icra olunub. “Qafqazın Böyük Beşliyi”, zubrlar, ceyranlar və Xəzər nərələrinin mühafizəsi, eləcə də minlərlə könüllülər ilə birgə həyata keçirilmiş çoxsaylı fəaliyyətlər barədə müzakirə iştirakçılarına məlumat verilib. Çıxışının yekununda Leyla Əliyeva daha dayanıqlı və sağlam gələcəyin təmin olunması məqsədilə iştirakçıları yeni tərəfdaşlıqlar və birgə səylər göstərməyə çağırıb.

Daha sonra COP29-un Prezidenti Muxtar Babayev, BTMİ-nin Prezidenti Razan Al Mubarak, təşkilatın baş direktoru Grethel Aguilar, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməliyyatların koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami, Bioloji Müxtəliflik haqqında Konvensiyanın icraçı katibi Astrid Schomaker, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş direktoru İnger Andersen çıxış edərək müzakirə mövzuları ilə bağlı fikir və təkliflərinin iştirakçıları ilə bölüşüblər. Tədbirin davamında hökumət və özəl sektor liderləri, müxtəlif ölkələrin ətraf mühit və ekologiya nazirlərinin iştirakı ilə panel müzakirələri baş tutub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://missiya.az
archiveBu xəbər 21 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri