Icma.az
close
up
RU
Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib FOTO

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib FOTO

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində noyabrın 22-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası həyata keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, IDEA könüllülərinin iştirakı ilə keçirilən budəfəki aksiya zamanı 1000 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolaqlarının salınması, yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.

IDEA İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

Qeyd edək ki, "1113 - Təbiətin təcili yardımı" qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Ağacların kəsilməsinə yox!" proqramı çərçivəsində yaradılıb. Sözügedən qaynar xəttə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Noyabr 2024 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see294

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see262

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see174

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see160

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see155

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see143

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see138

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see136

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see134

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see131

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see130

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see128

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see126

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see125

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see125

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see125

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see124

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see123

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri