Icma.az
close
up
RU
Leyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər FOTOLAR

Leyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə ölkəmizin müxtəlif bölgələrindən gələn Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anaları dəvət olunub.

“Fire Land Group” tərəfindən təşkil olunan tədbir həm də “Mənim oğlum qəhrəmandır!” layihəsinin 5 illik yubileyinə təsadüf edib.

Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar.

Tədbir zamanı “44” adlı tammetrajlı bədii filmin treylerinin təqdimatı olub. Film Vətən müharibəsində Zəfərə gedən yoldan, Ordumuzun qəhrəmanlığından bəhs edir.

Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.

Şəhid Hüseyn Tağıyevin anası Mətanət Məmmədova Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürünü bildirərək deyib: “Biz şəhid anaları, həyat yoldaşları və qazilər müxtəlif tədbirlərdə bir araya gəlirik. Bizləri unutmurlar, həmişə yad edirlər. Buna görə hər kəsə minnətdaram”.

Şəhid baş leytenant Rahim Mikayılovun anası Ulduz Mikayılova isə müsahibədə oğlunun şəhidlik zirvəsinədək ucalan döyüş yolundan danışıb, dövlətimizin şəhid ailələrinə dəstəyini yüksək qiymətləndirib.

Tədbirin sonunda şəhid ailələri Leyla Əliyeva və Arzu Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər. Onlar dövlətimizin və Heydər Əliyev Fondunun hər zaman şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Artıq beş ildir ki, “Mənim oğlum qəhrəmandır!” və “Mənim atam qəhrəmandır” layihələri çərçivəsində şəhidlərimizin xatirəsi yad edilir, onların ailələri bir araya gətirilir. Bu illər ərzində keçirilən silsilə tədbirlərdə ümumilikdə 5000-ə yaxın şəhid anası və 1700-dən çox şəhid övladı iştirak edib.

O cümlədən bu il Ramazan ayı ərzində “Mənim oğlum qəhrəmandır!” layihəsi üzrə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən görüşlərdə Azərbaycanın bütün bölgələrindən 2000-ə yaxın şəhid anası bir araya gəlib.

Qeyd olunan tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi daşıyır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Noyabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri