Liberman Ayzenkotla görüşdü: bu vəzifəni tələb edir
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İsrail Bizim Evimiz” partiyasının rəhbəri Aviqdor Liberman dünən Qadi Ayzenkot ilə görüşüb. Lakin İsrail Prezidenti İshaq Hersoqla görüşü zamanı növbəti hökuməti formalaşdırmaq vəzifəsinin Ayzenkota həvalə edilməsini tövsiyə edəcəyinə dair öhdəlik götürməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası “Kan” anonim mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Liberman dünən “Yeş Atid”in (Gələcək Var) sədri Yair Lapid ilə də görüşüb.
O özünün yeddi deputatdan ibarət fraksiyasının üzvü, Knesset deputatı Oded Forerin Knessetin sədri vəzifəsinə təyin olunmasını tələb edir. Bu qərara ərəb partiyalarının qarşı çıxacağı ehtimal olunur.
Qeyd edək ki, İsraildə 27 oktyabrda keçirilən seçkilərdə Netanyahu Bloku 53, Libermanın da dəstək verdiyi Ayzenkot Bloku isə 48 yer qazanıb. Bloklar heç biri hökumət formalaşdırmaq üçün 61 yer əldə etmədikləri üçün ərəb partiyaları ilə müxalifətin birləşəcəyi ehtimalı ortaya çıxıb.
Ərəb partiyaları seçkidə 19 mandat əldə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 02 Noyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















