Icma.az
close
up
RU
“Lidersizlik hazırkı dünya nizamında xaosun əsas səbəblərindən biridir” Deputat

“Lidersizlik hazırkı dünya nizamında xaosun əsas səbəblərindən biridir” Deputat

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hazırda beynəlxalq münasibətlər sistemində dərin bir lider problemi var. Yaranmış münaqişələrin, müharibələrin bir səbəbi də liderlərin doğru-düzgün, uzaqgörən qərarlar qəbul edə bilməmələrinin nəticəsidir. Avropada isə bu, böhran həddinə çatıb. Yəni Avropada lider böhranı var. Biz ABŞ Prezidenti Donald Tramp və Avropa İttifaqı liderlərinin görüşündə bunun nə dərəcədə dramatik forma aldığını gördük”.

Bu barədə 525.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, lidersizlik məhz bugünkü dünya nizamındakı xaosun əsas səbəblərindən biridir:

“Bizim bəxtimiz onda gətirib ki, tarixin bu mürəkkəb mərhələsində çox güclü liderimiz var. Qətiyyətli, doğru, uzaqgörən qərar qəbul etmək və hansı qərarı nə vaxt qəbul edib, nə vaxt onun icrası üçün addımlar atmaq kimi yüksək liderlik keyfiyyətinə malik olan Prezidentimiz var. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər addımda yeni liderlik keyfiyyətlərini nümayiş etdirir. Elə ABŞ Prezidenti ilə görüş zamanı da biz liderliyin nə olduğunu və necə olduğunu bir daha gördük və bütün dünya bunu gördü”.

Deputat söyləyib ki, bu gün ABŞ-ın özünəməxsus liderlik keyfiyyətləri var ki, bunun da başlıca göstəricilərindən biri özünün öz liderliyinə daxili inamının olmasıdır:

“Ona görə də Avropa liderləri, dünya liderləri onunla görüşən zaman bir növ bu inam qarşısında sarsılırlar. Azərbaycan Prezidenti isə ABŞ lideri ilə görüşən zaman liderlik keyfiyyətlərinin nə qədər güclü olduğunu bir daha göstərmiş oldu. Yəni bu, dostcasına, sözün əsl mənasında iki prezidentin görüşü kimi yadda qaldı. Mənə elə gəlir ki, bu, daim xatırlanacaq bir hadisəyə çevrildi. Çünki Prezident İlham Əliyevə qədər bütün prezidentlər bu və ya digər şəkildə Trampın önündən əzilmiş şəkildə geri çəkilirdilər, ancaq Azərbaycan lideri prezidentliyin bütün keyfiyyətlərini nümayiş etdirərək əsl Prezidentin necə olmasını da göstərmiş oldu. Sosial psixologiya izah edir ki, iki şəxs və yaxud iki lider görüşən zaman onların psixoloji enerjisi toqquşur. Əgər birinin psixoloji enerjisi daha güclüdürsə, o, artıq bəri başdan qalib hesab olunur. Bu psixoloji enerjini yaradan səbəblər isə daxili inamdır, öz gücünə arxalanmaqdır, gördüyün işin doğru olduğuna inanmaqdır, bir də siyasi liderliyinin mənbəyindən aldığın gücdür. Yəni xalqın səni sevməsidir, xalqın sənə səs verməsidir və sənin xalqına arxalanmaq keyfiyyətindir. Azərbaycan Prezidentində bütün bunlar var, ona görə də Azərbaycan lideri Avropa liderləri ilə müqayisədə elə bir nümunə yaratdı ki, hesab edirəm ki, bu, siyasi liderlərin təsnifatlandırılmasında xüsusi öyrənilməli və araşdırılmalı bir məsələdir. Biz qürur duyuruq ki, məhz indiki mürəkkəb, indiki xaotik, ziddiyyətli ədalətsiz bir dünyada bizim güclü liderimiz var və o, bizi qoruyur”.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Avqust 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri