Icma.az
close
up
RU
Liftdə hər kəsin etdiyi 5 səhv

Liftdə hər kəsin etdiyi 5 səhv

Icma.az bildirir, Lent az portalına istinadən.

Liftə daxil olur, qapıya tərəf dayanır və gözlərinizi ya telefona, ya da yerə zilləyirsiniz. Əksəriyyət məhz belə davranır. Amma psixoloqlar hesab edirlər ki, bu, ilk səhvdir. Dar məkanın psixologiyası öz qaydalarını diktə edir və bu qaydaların pozulması həm sizin, həm də ətrafınızdakı insanlar üçün lift səfərini stressə çevirə bilər. Lift sadəcə hərəkət edən kabinə deyil, insanların sosial davranışlarını əks etdirən kiçik bir modeldir.

Lent.az bu 5 səhvi təqdim edir:

Birinci səhv: qapının qarşısında dayanmaq

Liftə ilk daxil olan şəxslər mümkün qədər içəri tərəfə keçməli, sonradan daxil olanlar isə qapıya yaxın dayanmalıdır. Əks halda, daha yuxarı mərtəbələrə qalxan insanların çıxışına maneə yaranır.

İkinci səhv: telefon ekranına və ya divara baxmaq

Psixoloqlar bildirirlər ki, nümayişkaranə şəkildə ünsiyyətdən qaçmaq narahatlıq hissini artırır. Qısa göz təması və yüngül baş hərəkəti insanlarda gərginliyi azaltmağa kömək edə bilər.

Üçüncü səhv: qəfil hərəkətlər

Dar məkanda edilən istənilən ani hərəkət çantanı düzəltmək, paketi bir əldən digərinə keçirmək və ya qəfil dönmək ətrafdakılar tərəfindən təhlükə kimi qəbul oluna bilər. Buna görə də liftdə bütün hərəkətləri sakit və asta şəkildə etmək tövsiyə olunur.

Dördüncü səhv: şəxsi sərhədləri pozmaq

Liftdə insanlar arasında ideal 60 santimetrlik məsafəni qorumaq həmişə mümkün olmasa da, başqasının şəxsi məkanına həddindən artıq yaxınlaşmaqdan çəkinmək lazımdır. Bunun üçün üzünüzü qismən küncə tərəf çevirmək və ya diaqonal istiqamətdə dayanmaq daha uyğun hesab edilir.

Beşinci səhv: telefonla yüksək səslə danışmaq

Liftin qapalı məkanı səsləri daha da gücləndirir. Bu səbəbdən telefonla yüksək səslə danışmaq ətrafdakılar üçün narahatlıq yarada bilər.

Bunun əvəzinə nə etmək lazımdır?

Liftə daxil olduqda qısa şəkildə "salam" demək və ya baş hərəkəti ilə salamlaşmaq kifayətdir. Qapıya tərəf dayanmaq, lakin bədəninizi bir qədər diaqonal vəziyyətdə saxlamaq tövsiyə olunur. Baxışlarınızı mərtəbə göstəricisinə yönəltmək neytral davranış hesab edilir. Əgər liftdə uşaqla birlikdəsinizsə, onun geyimini düzəltmək və ya uzun müddət onunla məşğul olmaq da digər insanların şəxsi məkanını pozmaq kimi qəbul edilə bilər.

Lift insan davranışının göstəricisi kimi

Psixoloqlar hesab edirlər ki, insanın liftdəki davranışı onun sosial bacarıqları və narahatlıq səviyyəsi barədə müəyyən təsəvvür yarada bilər. Sakit və özünəinamlı insanlar adətən qapıya tərəf dayanır, əllərini sərbəst saxlayırlar. Daha narahat xarakterli insanlar küncə çəkilməyə üstünlük verirlər. Aqressiv davranışa meyilli şəxslər isə qapının qarşısını kəsərək başqalarının hərəkətinə mane ola bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 İyun 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri