Icma.az
close
up
RU
Lisenziya almaq asanlaşıb, bəs iş qurmaq necə? Açıqlama

Lisenziya almaq asanlaşıb, bəs iş qurmaq necə? Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azərbaycanda sahibkarlara verilən lisenziyaların sayı 20 mini ötüb. İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2015-ci ildən 30 iyun 2026-cı ilədək sahibkarlara 20 064 lisenziya verilib. Bu göstərici biznes fəaliyyəti üçün yaradılan imkanların və lisenziyalaşdırma prosesində aparılan islahatların miqyasını göstərir. Lakin verilən lisenziyaların sayının artması avtomatik olaraq yeni sahibkarlıq subyektlərinin sayının artması demək deyil. Çünki lisenziya həm yeni yaradılan, həm də artıq fəaliyyət göstərən bizneslərə verilə bilər. Bu baxımdan əsas sual 20 mindən çox lisenziyanın real olaraq neçə yeni biznesin yaranmasına və mövcud sahibkarların fəaliyyətinin genişlənməsinə təsir göstərməsidir. Bəs bu rəqəm Azərbaycanda biznes mühitinin yaxşılaşmasının nə dərəcədə real göstəricisidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlar üçün əlverişli investisiya mühitinin formalaşdırılması baxımından yeni imkanların yaradılması bu gün iqtisadi siyasətin əsas istiqamətlərindəndir.

Onun sözlərinə görə, bir sıra sektorlarda fəaliyyət lisenziya əsasında müəyyənləşir və sahibkarlıq subyektləri lisenziya alaraq həmin fəaliyyətlə məşğul olurlar:
“Şübhəsiz ki, verilən lisenziyaların sayının çox olması və lisenziyaların sahibkarlar üçün əlçatan olması biznes mühitinin yaxşılaşmasını göstərən amillərdən biridir. Baxmayaraq ki, lisenziya tələb edən fəaliyyət sahələrinin sayı azaldılıb və bu istiqamətdə də işlər davam etdirilir, buna rəğmən, lisenziya tələb edən sahələrdə lisenziyanın daha əlçatan olması, lisenziya alma prosesinin elektronlaşdırılması və sahibkarlara daha qısa müddətdə təqdim olunması praktiki olaraq sahibkarların həmin sektorlarda fəaliyyətini dəstəkləyir. Bu, sahibkarlıq subyektlərinin və bütövlükdə sahibkarlığın inkişafı, eləcə də sahibkarların xidmətlərə əlçatanlığının artırılması baxımından vacibdir. O baxımdan, bu bir daha təsdiq edir ki, bütövlükdə, xüsusən də milli sahibkarlığın dəstəklənməsi daha da prioritetləşib və iqtisadi siyasətin istiqamətlərinə uyğun olaraq biz bu istiqamətdə daha çox dəstəyin nümayiş etdirilməsini müşahidə edəcəyik”, - deyə Vüqar Bayramov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Avqust 2026 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri