Icma.az
close
up
RU
Lisenziya üçün müraciət edən klubların sayı 54 ə çatıb AFFA rəsmisi

Lisenziya üçün müraciət edən klubların sayı 54 ə çatıb AFFA rəsmisi

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Ötən mövsüm Azərbaycan çempionatlarında klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 idisə, 2026/2027 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb".
Demokrat.az xəbər verir ki, bunu AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli qurumun mətbuat xidmətinə açıqlamasında deyib.
O, klubların lisenziyalaşdırma prosesi ilə bağlı son yeniliklər barədə danışıb:
"Klubların lisenziyalaşdırma prosesinə rəsmi başlanğıc açılış iclası ilə həyata keçirilir. Sözügedən iclas ötən il oktyabrın 16-da baş tutub. Oktyabrın sonunadək klublar müraciət etdikləri lisenziya növünə uyğun olaraq müvafiq ərizələrini Lisenziyalaşdırma şöbəsinə təqdim ediblər. Eyni zamanda, Klubların Lisenziyalaşdırılması Qaydaları tərəfimizdən hazırlanaraq klublara təqdim olunub.
Ötən mövsüm klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 idisə, 2026/2027 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb. Bu, kəmiyyət baxımından ciddi artım deməkdir. Qeyd etmək olar ki, prosesdə iştirak edən klublar ildən-ilə daha təcrübəli olur, tələblərin ciddiliyini daha yaxşı anlayırlar. Yerində aparılan təhlil və monitorinqlər bu kəmiyyət artımının mərhələli şəkildə keyfiyyətə çevrilməsini qaçılmaz edir".
Mütəxəssis 2026/2027 lisenziyalaşdırma mövsümündə müəyyən dəyişikliklərin olduğunu bildirib:
"Bunu müəyyən mənada yenilik kimi qiymətləndirmək olar. Klubların lisenziyalaşdırılması prosesi klubların peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən əsas mexanizmlərdən biri olduğundan, bu prosesin əhatə dairəsi genişləndirilib. AFFA İcraiyyə Komitəsinin 25 oktyabr 2025-ci il tarixli qərarına əsasən, cari futbol ilindən etibarən II Liqanın bütün klubları, eləcə də Region Liqasından II Liqa lisenziya növünə müraciət edən və Region Liqasının 1/4 final mərhələsinə yüksələn komandalar lisenziyalaşdırma prosesinə cəlb olunacaqlar. Bu isə o deməkdir ki, 2026/2027 mövsümündə II Liqada iştirak etmək istəyən klublar cari mövsümdə müvafiq lisenziyanı əldə etməlidirlər".
AFFA rəsmisi lisenziyalaşdırma prosesinin hazırda konkret hansı mərhələdə olması barədə məlumat verib:
"Açılış iclası çərçivəsində klublar lisenziyalaşdırma qaydalarına edilən yeniliklərlə tanış olublar. Paralel olaraq, qaydalar üzrə təlim və treninqlər təşkil edilib. Bu təlimlər klubların seçiminə uyğun olaraq həm AFFA-da, həm də klubların ofislərində – Bakı və regionlarda keçirilib. Bütün təlimlər dekabrın 25-də yekunlaşıb. Bəzi təcrübəli klublar təlimlərdə iştirak etdikləri dövrdə artıq prosesə qoşularaq, sənədlərini Klubların Lisenziyalaşdırma Platformasına daxil ediblər. Digər klublar isə təlimlərdən sonra bu mərhələyə keçiblər. Hazırda proses klublar tərəfindən sənədlərin icbari təqdimolunma mərhələsindədir". S.Səlimli lisenziyalaşdırma prosesində tələblərin yerinə yetirilmə monitorinq mərhələsi barədə də danışıb: "Təqdim edilən sənədlər əsasında lisenziya iddiaçılarının tələblərə uyğunluğu mütəmadi olaraq yoxlanılır və bu proses çərçivəsində klublarla sıx əməkdaşlıq qurulur. AFFA tərəfindən "Klubların Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi"nə start verilib. İlkin mərhələdə Premyer Liqa və I Liqa klubları ilə onlayn görüşlər keçirilib və bu görüşlərdə akademiyaların inkişaf ehtiyacları, tələblərə uyğunluğun artırılması və metodiki dəstək mexanizmləri müzakirə olunub.
Növbəti mərhələdə Lisenziya və Qeydiyyat Departamentinin məşqçi-koordinatoru Sərxan Hüseynov tərəfindən klubların akademiyalarına yerində baxışlar həyata keçirilib. Səfərlər zamanı mövcud vəziyyət qiymətləndirilib, məşqçi heyəti, tibbi personal, infrastruktur, bütün yaş qrupları üzrə məşq prosesləri, eləcə də SMM və hüquq komandalarının fəaliyyəti təhlil olunub və klublara müvafiq tövsiyələr təqdim edilib. Bu tədbirlər AFFA-nın akademiyaların inkişafına göstərdiyi davamlı dəstəyin və lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsinə yönəlmiş mühüm addımlardır". (Fanat.az)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri