Icma.az
close
up
RU
Litva portalında Bakıda keçiriləcək COP29la bağlı məqalə dərc edilib AZƏRTAC

Litva portalında Bakıda keçiriləcək COP29la bağlı məqalə dərc edilib AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Litvanın Alfa.lt internet portalında “Azərbaycanda COP29 konfransı: ətraf mühitin mühafizəsi sahəsində mühüm addım” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın qlobal iqlim dəyişikliyi məsələlərinə verdiyi əhəmiyyət, ölkəmizin qısa müddət ərzində COP29-a hazırlığı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən “Ağıllı şəhər” layihələri, tullantıların azaldılması və bərpaolunan enerji mənbələrinin payının artırılması kimi məsələlər əks olunub.

Eyni zamanda 2020-ci ildə 44 günlük müharibəyə səbəb olan amillər, müharibədən sonra Ermənistanın Qarabağda törətdiyi təxribatlar və 19-20 sentyabr 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları, Azərbaycan hökumətinin çoxmillətli və çoxkonfessiyalı ölkə kimi Qarabağ ermənilərinin inteqrasiyası və onların hüquqlarının qanunvericiliyə uyğun təmin ediləcəyini bəyan etməsi, tam suverenliyini bərpa etdikdən sonra ölkəmizin üzləşdiyi ikili standartlar və əsassız ittihamlar, Ermənistanın yenidən silahlanmağa cəhd göstərməklə sülhə üstünlük verməməsi, Aİ-nin Ermənistanla bağlı təşəbbüslərinin sülh danışıqlarına və sərhədlərin delimitasiyası prosesinə əngəl törətməsi, Ermənistandakı sülhməramlı missiyanın ikitərəfli danışıqlara və ya sərhəd məsələlərinə müdaxiləsinin yolverilməzliyi qeyd olunub.

COP29 yaxınlaşdıqca, Azərbaycanın özünü təkcə ekoloji sahədə lider kimi deyil, həm də suverenliyini təmin etməyə və regional sabitliyə töhfə verməyə sadiq dövlət kimi təsdiqlədiyi, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının təhlükəsiz gələcəyini təmin etmək üçün dinc yanaşı yaşamanın təşviqinə və azad edilmiş ərazilərin bərpasına diqqət yetirdiyi qeyd olunub.

Məqalədə Aİ-nin qitənin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna əhəmiyyətini nəzərə alaraq, bu cür səyləri dəstəkləməli olduğu vurğulanıb.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://www.alfa.lt/mob/aktualijos/pasaulis/cop29-konferencija-azerbaidzane-svarbus-zingsnis-aplinkosaugos-srityje/342112/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2024 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri