Livan: İsrail hücumlarında ölən mülki şəxslərin sayı 330 u keçib
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
İsrailin hava hücumları nəticəsində bir ildən az müddət ərzində həlak olan Livan vətəndaşlarının sayı 330-u ötüb.
Xalqcebhesi.az xəbər verir ki, Səhiyyə Nazirliyi bu məlumatı "X"də dərc olunan hesabatında qeyd edib.
“İsrail 27 noyabr 2024-cü il tarixli atəşkəs razılaşmasından sonra atəşkəs rejimini 5000-dən çox dəfə pozub”, - hesabatda bildirilir. “Ötən ilin noyabr ayının sonundan bəri İsrailin hücumları nəticəsində 331 nəfər həlak olub, daha 945 nəfər yaralanıb”.
Agentliyin hesabatında qeyd olunur ki, noyabrın 1-dən həlak olan mülki şəxslərin sayı 22 nəfər artıb.Oktyabr ayında İsrailin ölkənin cənub və şərq bölgələrinə hücumları nəticəsində 28 livanlı həlak olub.
Noyabrın 21-də Tir şəhərindəki Livanın hərbi kazarmalarını ziyarət edən prezident Cozef Aun İsrailin hücumlarını qınayıb, çünki bu hücumlar insan tələfatına səbəb olur və dağıdılmış ərazilərin bərpasına mane olur. İsrail ordusunun komandanlığı iddia edir ki, Livanda hərbi əməliyyatlar yəhudi dövləti üçün təhlükə yaradan şiə Hizbullah hərəkatının silahlı birləşmələrinə qarşı yönəlib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 21 Noyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















