Livanlı fermerlər İsrailin ağ fosfordan istifadə etdiyini iddia edir
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İsrail ordusu Livanın cənubunda məhsul yığan fermerlərə qarşı ağ fosfor əsaslı yandırıcı sursatlardan istifadə edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə regional fermerlər assosiasiyasının rəhbəri Məhəmməd Hüseyni “RİA Novosti”yə danışıb.
Onun sözlərinə görə, hava hücumları nəticəsində kənd təsərrüfatında çalışan Livan, Suriya və Fələstin vətəndaşları da daxil olmaqla çoxsaylı fermerlər həlak olub. Hüseyni əlavə edib ki, Livanın cənubuna hücumlarda ağ fosforun intensiv istifadəsi məhsulların tamamilə məhv olmasına səbəb olub:
“Ağ fosfor təkcə cari mövsümə deyil, həm də gələcək məhsullara zərər verir. O, suya, torpağa, yetkin ağaclara, eləcə də mal-qaraya, quşçuluğa və arıçılığa zərər verir”.
Qeyd edək ki, ağ fosfor oksigenə məruz qaldıqda alovlanan mumlu kimyəvi maddədir. Bu cür sursatların mülki şəxslərə qarşı istifadəsi beynəlxalq hüquqla qadağandır.
Bu mövzuda digər xəbərlər:İsrailin hücumları nəticəsində 31 livanlı həlak olub
27 May 2026 08:44
İsrailin Livana hücumu nəticəsində bir livanlı jurnalist öldürülüb
23 Aprel 2026 06:27
İsrailin zərbələri nəticəsində 2500 dən çox livanlı ölüb
27 Aprel 2026 03:18
Son sutkada daha 32 livanlı öldürüldü İsrailin hücumları...
18 May 2026 21:53
Baxış sayı:156
Bu xəbər 30 May 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















