Liverpul la oyun bizim üçün yaxşı olmadı, amma... Medina
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hər kəs UEFA Çempionlar Liqasında yazılan tarixdən məmnundur.
Axar.az Report-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma zamanı jurnalistlərə açıqlamasında bildirib.
"Liverpul"la oyun bizim üçün yaxşı olmadı, bunu bilirəm. Amma hər kəs Çempionlar Liqasında yazdığımız tarixdən məmnundur", - deyə o bildirib.
Kolumbiyalı müdafiəçi pley-offdakı potensial rəqibləri də dəyərləndirib:
"İndi yolumuza davam etməliyik. Qarşıdakı pley-off mərhələsini gözləyirik. Düşünürəm ki, bizim üçün hər şey qaydasında olacaq. Futbolda hər şey baş verir. Artıq diqqətimizi çempionata yönəltməliyik. Gələcəkdə nə olacağını görəcəyik".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 29 Yanvar 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















