“Liverpul”un əfsanəvi futbolçusuna xərçəng diaqnozu qoyulub
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Şotlandiya millisi, həmçinin “Liverpul” klubundakı çıxışı ilə tanınan sabiq futbolçusu Kenni Dalqlişə onkoloji xəstəlik diaqnozu qoyulub.
İdman.Biz xəbər verir ki, bu barədə İngiltərənin Liverpul klubunun mətbuat xidməti məlumat yayıb.
“Ser Kenni, sevgimiz və dəstəyimiz sizinlədir", - deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, 75 yaşlı Dalqliş peşəkar futbolçu karyerası ərzində “Seltik” (1969-1977) və "Liverpul"da (1977-1990) çıxış edib. O, “mersisayd” təmsilçisi ilə altı dəfə İngiltərə çempionu olub, beş dəfə ölkə Superkubokunu, dörd dəfə İngiltərə Liqa Kubokunu, üç dəfə Avropa Çempionlar Kubokunu, bir dəfə İngiltərə Kubokunu və UEFA Superkubokunu qazanıb. “Seltik”lə isə dörd dəfə Şotlandiya çempionluğu və ölkə kubokunun qalibi adını əldə edib.
Karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərən Dalqlişin rəhbərliyi altında “Liverpul” üç dəfə İngiltərə çempionu olub, dörd dəfə ölkə Superkubokunu, iki dəfə İngiltərə Kubokunu və bir dəfə Liqa Kubokunu qazanıb.
O, həmçinin “Seltik”, “Nyukasl Yunayted” və “Blekbern Rovers” komandalarını çalışdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 İyun 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















