Icma.az
close
up
RU
Lizinqdə olan avtomobilləri niyə onlayn sığortalamaq olmur? Rəsmi cavab

Lizinqdə olan avtomobilləri niyə onlayn sığortalamaq olmur? Rəsmi cavab

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

İcbari Avromobil sığortasında lizinqlə olan avtomobillərin sığortasını onlayn aparmırlar. Agentlərdə də icazə yoxdur. Lizinqlə olan avtomobili sığortalatdırmaq istəyəndə, baş ofisə dəvət edilir. 

Bunun səbəbi nədir?

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan sığorta agenti Şahin İsmayılov bildirib ki, sığorta şirkətləri lizinq yolu ilə alınmış avtomobillərin icbari sığortalanması ilə bağlı vətəndaşlar üçün ciddi problemlər yaradıblar: “Hazırda bu avtomobillərin nə onlayn qaydada, nə də sığorta agentləri vasitəsilə sığortalanması mümkündür. Yeganə çıxış yolu sürücünün birbaşa sığorta şirkətlərinin baş ofisinə müraciət etməsidir. Məsələnin əsas narahatlıq doğuran tərəfi isə sığorta şirkətlərinin bu məhdudiyyətlərin səbəbi ilə bağlı yetərli və qaneedici izahat verməməsidir. Xüsusilə, bəzi avtomobil markalarının "qara siyahıya" salınması daha böyük problemlərə yol açır. Əksər hallarda bu siyahıya əsasən taksi xidməti üçün istifadə edilən avtomobillər daxil edilir”.

Ş.İsmayılovun sözlərinə görə, görünən odur ki, sığorta şirkətləri taksi kimi istifadə olunan avtomobilləri yüksək risk daşıyıcısı hesab edirlər: “Bunun əsas səbəbi isə taksilərin gün ərzində fasiləsiz hərəkətdə olması və onları idarə edən sürücülərin böyük bir qisminin təcrübəsiz və ya iş tapmaqda çətinlik çəkən şəxslərdən ibarət olmasıdır. Belə sürücülər tərəfindən törədilən qəza halları sığorta şirkətləri üçün maliyyə riskini artırır.

Digər tərəfdən, taksi xidməti üçün seçilən avtomobillər adətən kiçik mühərrik həcminə malik olduğu üçün onların icbari sığorta haqqı nisbətən aşağıdır. Bu da sığorta şirkətlərinin az məbləğ qarşılığında yüksək risklə üzləşməsinə səbəb olur. Nəticədə, sığorta şirkətləri bu avtomobillərin icbari sığortalanmasında maraqlı olmurlar və müxtəlif bürokratik maneələr yaradırlar”.

Ş.İsmayılov vurğulayıb ki, "İcbari Sığortalar Haqqında Qanun"a əsasən, sığorta şirkətləri avtomobilin icbari sığortalanmasından imtina edə bilməzlər: “Hazırda sürücülər yalnız sığorta şirkətlərinin baş ofislərinə müraciət etməklə bu xidmətdən yararlana bilirlər. Bu isə xüsusilə Bakıdan uzaq ərazilərdə yaşayan və ya bölgələrdə fəaliyyət göstərən sürücülər üçün ciddi çətinliklər yaradır. Onlar icbari sığorta əldə etmək üçün uzun məsafə qət etməyə və əlavə vaxt itirməyə məcbur qalırlar”. “Bu yanaşma qanunsuz olmaqla yanaşı, həm də sürücüləri çətin vəziyyətdə qoyur. Problemin tezliklə həll olunması və icbari sığorta prosesinin hamı üçün əlçatan olması vacibdir”,- deyə o, qeyd edib.

Mərkəzi Bankdan isə sorğumuza cavab olaraq bildirildi ki, icbari sığorta qanunvericiliyinə əsasən, sığorta şirkətinin sığorta müqaviləsi bağlayarkən və sığorta riskini qiymətləndirərkən sığortalıdan və ya sığorta olunandan müvafiq məlumat və sənədləri tələb etmək, eləcə də sığorta ediləcək əmlaka baxış keçirmək hüququ var.

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə bağlanarkən, dövlət qurumlarının təqdim etdiyi bütün zəruri məlumatlar İcbari Sığorta Bürosunun (İSB) elektron-informasiya sistemi ilə inteqrasiya olunmuş şəkildə əldə edilir.

Əgər nəqliyyat vasitəsi lizinq predmeti olarsa, lizinq alan şəxsin bu vasitəyə dair sığorta marağını təsdiq edən etibarnamə, yol vərəqəsi və digər sənədlər elektron bazaya daxil olmadığı üçün İSB ilə inteqrasiya olunmur. Buna görə də həmin sənədlər sığorta şirkətinə – baş ofisə və ya filiallara təqdim edilməlidir.

Sığorta şirkəti təqdim olunan sənədlər əsasında lizinq alan şəxsin sığorta marağını və sığorta risklərini yoxlayır. Yekunda, bütün məlumatlar təsdiqləndikdən sonra bu bilgilər İSB-nin elektron-informasiya sisteminə daxil edilir və sığorta müqaviləsi rəsmiləşdirilir”,- deyə əlavə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Fevral 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri