Icma.az
close
up
RU
Lizinqdə olan avtomobilləri niyə onlayn sığortalamaq olmur? RƏSMİ CAVAB

Lizinqdə olan avtomobilləri niyə onlayn sığortalamaq olmur? RƏSMİ CAVAB

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

İcbari Avromobil sığortasında lizinqlə olan avtomobillərin sığortasını onlayn aparmırlar. Agentlərdə də icazə yoxdur. Lizinqlə olan avtomobili sığortalatdırmaq istəyəndə, baş ofisə dəvət edilir. 

Bunun səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan sığorta agenti Şahin İsmayılov bildirib ki, sığorta şirkətləri lizinq yolu ilə alınmış avtomobillərin icbari sığortalanması ilə bağlı vətəndaşlar üçün ciddi problemlər yaradıblar:

“Hazırda bu avtomobillərin nə onlayn qaydada, nə də sığorta agentləri vasitəsilə sığortalanması mümkündür. Yeganə çıxış yolu sürücünün birbaşa sığorta şirkətlərinin baş ofisinə müraciət etməsidir. Məsələnin əsas narahatlıq doğuran tərəfi isə sığorta şirkətlərinin bu məhdudiyyətlərin səbəbi ilə bağlı yetərli və qaneedici izahat verməməsidir. Xüsusilə, bəzi avtomobil markalarının "qara siyahıya" salınması daha böyük problemlərə yol açır. Əksər hallarda bu siyahıya əsasən taksi xidməti üçün istifadə edilən avtomobillər daxil edilir”.

Ş.İsmayılovun sözlərinə görə, görünən odur ki, sığorta şirkətləri taksi kimi istifadə olunan avtomobilləri yüksək risk daşıyıcısı hesab edirlər:

“Bunun əsas səbəbi isə taksilərin gün ərzində fasiləsiz hərəkətdə olması və onları idarə edən sürücülərin böyük bir qisminin təcrübəsiz və ya iş tapmaqda çətinlik çəkən şəxslərdən ibarət olmasıdır. Belə sürücülər tərəfindən törədilən qəza halları sığorta şirkətləri üçün maliyyə riskini artırır. Digər tərəfdən, taksi xidməti üçün seçilən avtomobillər adətən kiçik mühərrik həcminə malik olduğu üçün onların icbari sığorta haqqı nisbətən aşağıdır. Bu da sığorta şirkətlərinin az məbləğ qarşılığında yüksək risklə üzləşməsinə səbəb olur. Nəticədə, sığorta şirkətləri bu avtomobillərin icbari sığortalanmasında maraqlı olmurlar və müxtəlif bürokratik maneələr yaradırlar”.

Ş.İsmayılov vurğulayıb ki, "İcbari Sığortalar Haqqında Qanun"a əsasən, sığorta şirkətləri avtomobilin icbari sığortalanmasından imtina edə bilməzlər:

“Hazırda sürücülər yalnız sığorta şirkətlərinin baş ofislərinə müraciət etməklə bu xidmətdən yararlana bilirlər. Bu isə xüsusilə Bakıdan uzaq ərazilərdə yaşayan və ya bölgələrdə fəaliyyət göstərən sürücülər üçün ciddi çətinliklər yaradır. Onlar icbari sığorta əldə etmək üçün uzun məsafə qət etməyə və əlavə vaxt itirməyə məcbur qalırlar”. “Bu yanaşma qanunsuz olmaqla yanaşı, həm də sürücüləri çətin vəziyyətdə qoyur. Problemin tezliklə həll olunması və icbari sığorta prosesinin hamı üçün əlçatan olması vacibdir”,- deyə o, qeyd edib.

Mərkəzi Bankdan isə sorğumuza cavab olaraq bildirildi ki, icbari sığorta qanunvericiliyinə əsasən, sığorta şirkətinin sığorta müqaviləsi bağlayarkən və sığorta riskini qiymətləndirərkən sığortalıdan və ya sığorta olunandan müvafiq məlumat və sənədləri tələb etmək, eləcə də sığorta ediləcək əmlaka baxış keçirmək hüququ var.

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilə bağlanarkən, dövlət qurumlarının təqdim etdiyi bütün zəruri məlumatlar İcbari Sığorta Bürosunun (İSB) elektron-informasiya sistemi ilə inteqrasiya olunmuş şəkildə əldə edilir.

Əgər nəqliyyat vasitəsi lizinq predmeti olarsa, lizinq alan şəxsin bu vasitəyə dair sığorta marağını təsdiq edən etibarnamə, yol vərəqəsi və digər sənədlər elektron bazaya daxil olmadığı üçün İSB ilə inteqrasiya olunmur. Buna görə də həmin sənədlər sığorta şirkətinə – baş ofisə və ya filiallara təqdim edilməlidir.

Sığorta şirkəti təqdim olunan sənədlər əsasında lizinq alan şəxsin sığorta marağını və sığorta risklərini yoxlayır. Yekunda, bütün məlumatlar təsdiqləndikdən sonra bu bilgilər İSB-nin elektron-informasiya sisteminə daxil edilir və sığorta müqaviləsi rəsmiləşdirilir”,- deyə əlavə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Mart 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri