Icma.az
close
up
RU
Lizinqlə avtomobil almaq istəyənlər üçün ÖNƏMLİ XƏBƏR

Lizinqlə avtomobil almaq istəyənlər üçün ÖNƏMLİ XƏBƏR

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycanda nağd şəkildə avtomobil ala bilməyən şəxslər daha çox lizinq şirkətlərinə üstünlük verir. Əslində lizinqin kreditlə müqayisədə daha uzunmüddətli və illik faiz dərəcəsi aşağı olmalıdır. Lakin çox avtosalonlarda ən yaxşı halda 5 illik kredit, 19% illik faiz və 20% ilkin ödəniş şərtləri ilə qarşılaşırsan.

Ölkəmizdə insanlar avtomobil alarkən daha çox nə üçün lizinq şirlətlərinə müraciət edirlər? Banklar bu məsələdə niyə insanlar əlçatan deyil? 

Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Fuad İbrahimli "Referans"a  açıqlamasında bildirib ki, hazırda lizinqlə kredit məsələrində qarışıq bir vəziyyətdir. Lakin lizinqlə kreditin öz fərqli xüsusiyyətləri var. Kredit zamanı vətəndaş maliyyə öhdəliyini bank qarşısında daşıyır. Lizinqdə isə istənilən daşınmaz əmlak və ümumiyyətlə qiymətli məhsulların nisyə şəkildə götürülüb məbləğin isə mərhələli formada ödənilməsidir. Lizinq əslində əmlak sahibi ilə birbaşa əlaqəyə keçərək alqı-satqı etməkdir.  

Ekspert onu da qeyd edib ki, vəziyyətdən faydalanan lizinq şirkətlərinin sahibləri də lizinq faizlərini kredit faizləri səviyyəsinə gətirib çıxarıblar. Eyni zamanda bu sahədə normal rəqabət də yoxdur. Bir həqiqət də var ki, lizinq bazarı da çox risklidir. Kredit  bazarında bank tərəfindən risklər qarşılanır. Mərkəzləşdirilmiş bazada problemli kredit almaq istəyən şəxslər haqqında məlumat olur. Amma lizinqdə isə bu belə deyil. "Nəticə etibarilə də lizinq fəaliyyətində risklər sahibkarlar üçün daha çoxdur. Buna görə də bu sahədə normal bir sıra ciddi dəyişikliklərə ehtiyac var. Birinci növbədə düzgün rəqabət mühiti yaradılmalıdır", - deyə Fuad İbrahimli əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Mart 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri