Icma.az
close
up
RU
London metrosunda tətil şəhər iqtisadiyyatına 230 milyon funt sterlinq zərər vura bilər

London metrosunda tətil şəhər iqtisadiyyatına 230 milyon funt sterlinq zərər vura bilər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

London, 9 sentyabr, AZƏRTAC

Londonda nəqliyyat işçilərinin tətili şəhər iqtisadiyyatına ağır təsir göstərir.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, iqtisadçılar dəmir yolu, dənizçilik və nəqliyyat həmkarlar ittifaqının keçirdiyi tətilin paytaxta 230 milyon funt-sterlinqə qədər zərər vura biləcəyini qeyd ediblər.

Tətil bazar günü başlayıb, lakin əsas təsirini bazar ertəsi səhər saatlarında göstərib. Metro xətlərində xidmətin məhdudlaşdırılması nəticəsində minlərlə sakin işə getmək üçün avtobus, velosiped və şəxsi avtomobillərdən istifadə edib. Bu isə həm tıxacların, həm də gediş-gəliş vaxtının artmasına səbəb olub.

Məsələdən ən çox zərər görən isə kiçik bizneslərdir. Adətən nahar saatlarında müştərilərlə dolu olan kafelər və restoranlar bu gün ciddi müştəri azlığı ilə üzləşiblər. Şəhər biznes liderləri tətili pərakəndə satışa ağır zərbə adlandırıb və bu addımın həm turistlər, həm də sərmayəçilər üçün mənfi mesaj verdiyini bildiriblər.

Baş nazir Kir Starmerin sözçüsü açıqlama verərək RMT həmkarlar ittifaqını və London Nəqliyyat İdarəsini danışıqları bərpa etməyə və mübahisəni həll edərək tətili dayandırmağa çağırıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see291

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see225

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see208

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see138

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see135

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see133

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see127

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see123

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib gedib?

23 Oktyabr 2025 16:28see123

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri