Icma.az
close
up
RU
Lu Mey: Çin Qlobal Cənub ölkələrinin, o cümlədən Azərbaycanın potensialı gücləndirmək, rəqəmsal və intellektual uçurumu aradan qaldırmaq səylərini dəstəkləməyə davam edəcək

Lu Mey: Çin Qlobal Cənub ölkələrinin, o cümlədən Azərbaycanın potensialı gücləndirmək, rəqəmsal və intellektual uçurumu aradan qaldırmaq səylərini dəstəkləməyə davam edəcək

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Çin həmişə süni intellekt sahəsində beynəlxalq idarəçiliyin və əməkdaşlığın gücləndirilməsi tərəfdarı olub ki, onun inkişafı bütün bəşəriyyətin xeyrinə olsun və “varlı ölkələr və varlı insanların oyunu”na çevrilməsinin qarşısını alsın.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 10-da birinci dəfə qeyd olunan Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş Bakıda keçirdiyi brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.

Diplomat qeyd edib: “Hazırda süni intellekt kimi yeni texnologiyalar sürətlə inkişaf edərək yeni texnoloji və sənaye inqilabı dövrünün mühüm mühərrikinə çevrilir. Onlar istehsal və sosial sahələrdə bəşəriyyətə görünməmiş imkanlar yaradır, eyni zamanda, qlobal idarəçiliyin mühüm mövzusuna çevrilərək bütün dünya hökumətlərinin diqqətini cəlb edir. 2023-cü ildə Çinin Sədri Si Cinpin insanların rifahını yaxşılaşdırmaq, iqtisadi və sosial inkişafı təşviq etmək və süni intellekt texnologiyalarından sui-istifadənin və yanlış tətbiqin qarşısını almaq üçün insan mərkəzli süni intellektin inkişafına sadiqliyi vurğulayan “Süni intellektin idarə olunması üzrə Qlobal Təşəbbüs” təklif etdi. Təşəbbüs süni intellektin daim insanların nəzarətində olmasını təmin etmək üçün idarə oluna, izlənilə və etibar edilə bilən süni intellekt texnologiyalarının yaradılmasını, bu sahədə qanun və qaydaların davamlı olaraq təkmilləşdirilməsini tələb edir. O, həmçinin süni intellektin qlobal idarəçiliyində inkişaf etməkdə olan ölkələrin təmsilçiliyinin və səsinin gücləndirilməsini, süni intellektin inkişafı və idarə edilməsində bütün ölkələr üçün bərabər hüquqlar, imkanlar və qaydaların təmin edilməsini, süni intellektin inkişafı, təhlükəsizliyi və idarə olunması ilə bağlı beynəlxalq məsələlərin əlaqələndirilməsinə fəal dəstək verilməsini, habelə BMT çərçivəsində effektiv, ədalətli və şəffaf fəaliyyət mexanizmi yaradılmasının tərəfdarıdır”.

Potensialın artırılması sahəsində əməkdaşlığın qlobal süni intellekt idarəçiliyinin əsas istiqaməti olduğunu vurğulayan Lu Mey deyib: “Çin keçən ildən bəri BMT Baş Assambleyasının “Süni intellekt üçün potensialın gücləndirilməsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı qətnaməsinin qəbulunu fəal şəkildə təşviq edir. Bununla yanaşı, Pekin “Qlobal süni intellekt potensialının artırılması planı”nı elan edib və bu sahədə beynəlxalq əməkdaşlıq üçün “Dostlar qrupu”nun yaradılması təklifini irəli sürüb. Xüsusilə qeyd olunur ki, Azərbaycan Çinin təklif etdiyi Baş Assambleya qətnaməsini fəal şəkildə dəstəkləyib və “Dostlar qrupu”na ilk qoşulan ölkələrdən olub. Pekin artıq Azərbaycan rəsmilərini süni intellekt sahəsində potensialın artırılması üzrə seminarlarda iştirak etmək üçün iki dəfə Çinə səfərə dəvət edib. Biz Qlobal Cənub ölkələrinin, o cümlədən Azərbaycanın potensialı gücləndirmək, rəqəmsal və intellektual uçurumu aradan qaldırmaq, siyasi təcrübə mübadiləsi, texniki dəstək, maliyyə yardımı, kadr hazırlığı və birgə tədqiqatlar vasitəsilə parlaq “rəqəmsal” və “intellektual” gələcəyə birgə irəliləmək səylərini dəstəkləməyə davam edəcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri