Çin Azərbaycanı suverenlik, ərazi bütövlüyü məsələsində qətiyyətlə dəstəkləməyə davam edəcək Lu Mey
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Çin Azərbaycanı suverenlik, ərazi bütövlüyü, həmçinin təhlükəsizliyinin müdafiəsi məsələsində qətiyyətlə dəstəkləməyə davam edəcək.
525.az-ın məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey bəyan edib.
O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev "Azərbaycanın Çin hökumətinin Tayvanla ölkənin birləşməsinin həyata keçirilməsi üçün bütün səylərini qətiyyətlə dəstəklədiyini" bir daha təsdiqləyib.
Diplomat qeyd edib ki, Azərbaycan Prezidentinin Çinə səfəri iqtisadiyyat, ticarət, nəqliyyat, aerokosmik sənaye, elm və texnologiya, mədəniyyət və yerli özünüidarəetmə sahələrində 20 sənədin imzalanması ilə əlamətdar olub.
"Tərəflər investisiya əməkdaşlığı üzrə işçi qrupun yaradılması, azad ticarət sazişi üzrə danışıqların başlanması, beynəlxalq avtomobil daşımaları haqqında hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi, mədəniyyət günlərinin və turizmin təşviqi tədbirlərinin birgə təşkili və s. kimi sahələrdə bir sıra konkret razılaşmalara nail olublar ki, bu da hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün daha geniş imkanlar açır", - deyə səfir bildirib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















