Luiş Nani Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında oynamaq istəyib EKSKLÜZİV
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 5 may, AZƏRTAC
Portuqaliya millisinin keçmiş futbolçusu Luiş Nani yığmasının heyətində Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında oynamaq istəyib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib. Onun sözlərinə, 38 yaşlı veteran yarımmüdafiəçi bununla bağlı Dünya Minifutbol Federasiyasına müraciət edib: “Tərəflər arasında onlayn görüş keçirilib. Minifutbolda peşəkar oyunçular üçün müəyyən edilən limitə görə Naninin mundialda iştirakına icazə verilməyib. Bildirilib ki, keçmiş futbolçu qarşıdakı Avropa çempionatında yığmanın heyətində çıxış edə bilər”.
O.Hüseynov qeyd edib ki, beynəlxalq qurum dünya miqyasında minifutbolun populyarlığını artırmaq üçün Slovakiya millisinin sabiq kapitanı Marek Hamşik, hazırda “Fənərbağça”da çıxış edən Bosniya və Herseqovina yığmasının hücumçusu Edin Cekonu da bu idman növünə cəlb etmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















