Lunyovdan müraciət Dinamo Bakıda məktəb açır
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın məhşur "Dinamo" (Moskva) klubunun - FCDM-nin fevralın 17-18-dən etibarən Azərbaycanda rəsmi futbol məktəbi fəaliyyətə başlayacaq.
İdman.biz xəbər verir ki, bu barədə offsideplus.az saytında məlumat yayılıb.
"Dinamo" futbol klubunun Bakı məktəbi 4-14 yaşlılar üçün nəzərdə tutulub. Məktəbə yazılanlara "Dinamo" metodika və məşq qaydalarına görə imkanlar yaradılacaq, əsas futbol bacarıqlarının mənimsənilməsi və idman ruhunun inkişafı planlaşdırılıb.
Futbol məktəbində qapıçılar üçün xüsusi proqram fəaliyyət göstərəcək. Əfsanəvi Lev Yaşin adına "Dinamo" akademiyası yerli qapıçıların hazırlanmasına artıq hazırdır.
FCDM yetirmələri yerli çempionat və yarışlarda iştirak etməyi planlaşdırır.
Məktəbin rəsmi instaqram hesabında Moskva təmsilçisinin qolkiperi, "Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov azərbaycanlılara müraciət edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 27 Yanvar 2025 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















