Icma.az
close
up
RU
Luvr muzeyinin təhlükəsizlik sistemində ciddi boşluqlar aşkarlanıb

Luvr muzeyinin təhlükəsizlik sistemində ciddi boşluqlar aşkarlanıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Paris, 20 oktyabr, AZƏRTAC

Luvr muzeyində baş verən sensasiyalı oğurluq hadisəsi Fransa və dünya ictimaiyyətində dərin narahatlıq doğurub. Apollon Qalereyasında baş verən bu qarət zamanı dörd nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə böyük tarixi dəyəri olan səkkiz zinət əşyasını oğurlayıb. Onlar gündüz vaxtı yük qaldırıcısı yerləşdirilmiş yük maşını vasitəsilə muzeyə daxil olublar. Şübhəlilər hələ də axtarışdadır.

AZƏRTAC xəbər verir ki, hadisədən sonra Fransa Hesablama Palatasının (Cour des comptes) hələ tam açıqlanmamış məruzəsi aşkarlanıb. Bu sənəddə Luvr muzeyində təhlükəsizlik sistemindəki ciddi və uzunmüddətli çatışmazlıqlar diqqətə çatdırılır. “Franceinfo”nun əldə etdiyi məruzənin ilkin versiyasında bildirilir ki, dünyanın ən çox ziyarət edilən muzeylərindən biri olan Luvr texniki avadanlıqların müasirləşdirilməsi sahəsində əhəmiyyətli və davamlı gecikmələr yaşayır. Xüsusilə də Apollon Qalereyası və “Mona Liza” əsəri yerləşən Denon bölməsində zalların üçdə biri heç bir müşahidə kamerası ilə təmin olunmayıb. “Richelieu” bölməsində isə vəziyyət daha da narahatedicidir: zalların dörddə üçündə videomüşahidə sistemi ümumiyyətlə mövcud deyil.

Hesabatda vurğulanır ki, son beş il ərzində muzeydə cəmi 138 əlavə kamera quraşdırılıb. Bu, ümumi sahə və zalların sayına nisbətdə son dərəcə qeyri-kafi hesab olunur. Hazırda yalnız zalların üçdə birində ən azı bir müşahidə kamerası mövcuddur.

Luvrun illik 323 milyon avro büdcəsi olmasına baxmayaraq, Hesablama Palatası bildirir ki, təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş xərclər tələblərlə müqayisədə olduqca zəif səviyyədədir. Hesabatda muzey rəhbərliyinin təhlükəsizlik sahəsində siyasi və maliyyə iradəsinin zəif olduğu qeyd edilir.

"Təhlükəsizlik və mühafizə ilə bağlı layihələrin başlanması tez-tez büdcə balanslaşdırmasına qurban verilir", - deyə məruzədə yazılır.

Tənqidlərə cavab olaraq, Luvr muzeyinin prezidenti açıqlama verərək bildirib ki, "Louvre Nouvelle Renaissance" (Yeni Renessans Luvr) adlı layihə çərçivəsində təhlükəsizlik sisteminin gücləndirilməsi artıq 2025-ci ilin yanvarından etibarən başlanıb. "Bu layihə mədəni yaddaşımızı və irsimizi qorumağın qarantı olacaq", - deyə muzey rəhbərliyi bildirib.

Hadisə Fransanın milli sərvətlərinin və dünya irsinin qorunmasına dair ciddi suallar doğurur. İctimaiyyət, siyasətçilər və mütəxəssislər Luvr kimi bir simvolun belə asanlıqla hədəf alınmasını dövlətin və muzey rəhbərliyinin strateji təhlükəsizlik məsələlərinə yanaşmasının zəifliyi kimi qiymətləndirirlər.

Noyabr ayının əvvəlində Hesablama Palatasının tam hesabatının dərc olunması gözlənilir. Bu sənəd Luvr muzeyinin təhlükəsizlik strategiyasının yenidən qurulması üçün əsas yol xəritəsinə çevrilə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri